Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkərlar İttifaqı Federasiyası

Xəbərlər

Koronavirus pandemiyası ilə mübarizə hələ davam edir.

08.06.2020

Koronavirus  pandemiyası ilə mübarizə hələ davam edir.Qlobal infeksiya çoxsaylı insan ölümünə səbəb  olmaqla yanaşı, dünya ölkələrini, həmçinin  bizim ölkəmizi də ciddi iqtisadi, maliyyə, səhiyyə və sosial problemlərlə üz-üzə qoymuşdur.

Hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq üçün müvafiq tədbirlər gürülür.

İnfeksiyanın yoluxma faktı qeydə alınan ilk gündən Sahə həmkarlar ittifaqı Federasiyası tərəfindən işçilərin sağlamlığının qorunması və pandemiyanın daha geniş yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atılmışdır.

Bildiyiniz kimi Sahənin xidmətində olan müəssisələr kənd təsərrüfatı məhsullarının emalı və Qida istehsalı ilə məşğul olduqları üçün öz fəaliyyətlərini dayandırmamışdılar.

Bununla əlaqədar olaraq Federasiya tərəfindən mobil və internet vasitəsi ilə onlarla əlaqə yaradaraq məlumatlar əldə edir,müvafiq tövsiyələr verilirdi. Həmkarlar ittifaqı fəalları vasitəsi ilə işçilərə zəruri sosial davranış və sanitar-epidemoloji qaydalara əməl edilməsi barədə metodiki göstərişlər verilirdi.

Hal-hazırda müəssisələrdə Koronavirusla mübarizə tədbirləri çərçivəsində təhlükəsizlik qaydalarına ciddi riayət olunur. Belə ki,müəssisəyə daxil olan hər bir işçinin fiziki sağlamlığı yoxlanılır.

İş yerlərində və otaqlarda davamiyyətli dezinfeksiya işləri aparılır, işçilər tibbi-maska və dezinfeksiya edici maddələrlə təmin edilirlər.İşçilərin nəqliyyat vasitəsi ilə daşınması təmin edilmişdir. Nəqliyyat vasitələri də mütəmadi olaraq dezinfeksiya edilir. İş yerlərində də ara məsafəsinin gözlənilməsinə nəzarət edilir.

Müəssisələrdə işçilər arasında xəstələnmə hallarının təhlilinin aparılamsı,əgər işçilər arasında xəstələnmə halları qeydə olunarsa  bunun səbəblərinin araşdırılması və paralel olaraq sağlamlaşdırıcı tədbirərin aparılması və məlumat verilməsi tapşırılmışdır.

Bu günə qədər sahə üzrə işçilər arasında xəstələnmə hallarının baş verilməsi haqqında  Federasiyaya məlumat daxil olmamışdır.

Federasiya tərəfindən müəssisələrdə çalışan aztəminatlı işçilərə, bundan əlavə əlillərə, şəhid ailələrinə,imkansız ailələrə,məcburi köçkünlərə, yaşı 65-dən yuxarı olan tənha, ahıl insanlara karantin rejimi şəraitində, ərzaq və maddi yardımlar göstərilmişdir.

Bakı şəhəri və bölgələrdə daxil olmaqla dəyəri 49638.06 manat olmaqla 1236 ailəyə ərzaq yardımı göstərilmişdir.

Dəyəri 31479 manat olmaqla 935 nəfərə  maddi yardım ayrılmış və şəxsi hesablarına köçürülmüşdür.

8483 qutu qoruyucu vasitə, o cümlədən 30600 ədəd əlcək,39309 ədəd qoruyucu maska və 7390 ədəd spirt alınaraq paylanmışdır.

AHİK-ə küçürülən vəsaitlərlə yanaşı Koronavirusla Mübarizəyə Dəstək Fonduna Federasiya tərəfindən əlavə olaraq 12590 manat  vəsait köçürülmüşdür.

 





Çap et  Çap et