Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasına ağır itki üzv vermişdir.

21.05.2020

 

                                                                 Nekroloq

     Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasına ağır itki üzv vermişdir.

Federasiyanın aparacı şöbələrindən biri, Aparat rəhbəri-Təşkilat və təlimat şöbəsinin müdiri, Federasiyanın Məclis və İcraiyyə Komitəsinin  üzvü, gözəl insan, qayğıkeş iş yoldaşı Elmira Osman qızı Bəhmənova ömrünün 64-cü ilində vəfat etmişdir.

 Elmira Bəhmənova 1974-cü ildə orta məktəbi  bitirdikdən sonra  12 №-li Yevlax Texniki İstismar Rabitə Qovşağında əvvəlcə elektrik mexanik, 1975-ci ildən isə kadrlar üzrə mühəndis  vəzifəsində çalışmışdır .

1975-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur.

 1977-ci ildən isə Bakı Radio Zavodunun Şuşa filialında iş bölüşdürücüsü, usta vəzifərində çalışmışdır.

 1981-ci ildə  Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna bitirmişdir.

1983-ci ildə Azərbaycan Komunist Partiyasının Şuşa rayon komitəsi kənd təsərrüfatı şöbəsinin təlimatçısı;

1986-1987-ci illərdə  Kitabsevərlər Cəmiyyətinin Şuşa rayon komitəsinin məsul katibi;

1987-1994-cü illərdə -Sahə Hİ  Şuşa rayon komitəsinin katibi;

1994-cü ildən son zamanlaradək Bəhmənova Elmira Osman qızı Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasında əvvəl Sosial-iqtisadi müdafiə və mədəni-kütləvi işlər  üzrə şöbəsinin böyük metodisti,  təşkilat və təlimat şöbəsinin təlimatçısı daha sonra təşkilat və təlimat şöbəsinin müdiri, Aparat rəhbəri-Təşkilat və təlimat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Bu illərdə o, işdə göstərdiyi yüksək səriştəsinə, əməkdə fərqləndiyinə görə 2018-ci ildə Azərbaycan Respublikasının Prezidentı Cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişdir. Bundan başqa Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının, Sahə Həmkarlar İttifaqı Federasiyasının Fəxri Fərmanları  ilə təltif olunmuşdur.

Bəhmənova Elmira Osman qızı yüksək peşəkarlığı, özünə və iş yoldaşlarına qarşı  yüksək təlabat, səmimiliyi və qayğıkeşliyi ilə Sahə Həmkarlar İttifaqında çalışan bütün həmkarlar ittifaqı fəallarının dərin rəğbətini qazanmışdır.

Elmira Bəhmanovanın xatirəsi hər zaman Sahə Həmkarlar İttifaqı fəallarının qəlbində yaşayacaqdır.

 

Allah rəhmət eləsin.

                                                               Kənd Təsərrüfatı və Qida Sənayesi

                                                               İşçləri Həmkarlar İttifaqının  İcraiyyə Komitəsi            





Çap et  Çap et