Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkərlar İttifaqı Federasiyası

Xəbərlər

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasına ağır itki üzv vermişdir.

18.05.2020

                                                     Nekroloq

Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasına ağır itki üzv vermişdir.Federasiyanın aparacı şöbələrindən biri,  Sosial-iqtisadi müdafiə və mədəni-kütləvi işlər  üzrə şöbənin müdiri, Federasiyanın Məclis və İcraiyyə Komitəsinin  üzvü, gözəl insan, qayğıkeş iş yoldaşı Vaqif Əlixas oğlu Əliyev ömrünün 74-cü ilində vəfat etmişdir.

 Vaqif Əliyev 1964-cü ildə  kənd orta məktəbini  bitirdikdən sonra Bakı şəhərində “Azərbaycan Dəniz Balıq Sənaye” texnikumuna qəbul olmuş və həmin texnikumu bitirdikdən sonra dövlət təyinatı ilə “ Bakı Balıq Soyuducu Donanması” idarəsinə işə  göndərilmişdir.

Tələbəlik illərində və əmək fəaliyyətinin ilk günlərindən başlayaraq Donanmanın kollektivinin ictimai həyatında fəal iştiraka qoşulmuş və Bakı Balıq Soyuducu Donanmasında həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsinə irəli çəkilmişdir.

Onun fəal ictimai fəaliyyəti, insanlarla işləmək qabiliyyəti və bacarığını nəzərə alaraq,  Azərbaycan Həmkarlar İttifaqlarının göndərişi ilə 1980-ci ildə Moskva şəhərində N.M. Şvernik adına Ali Həmkarlar Akademiyasına daxil olmuş və 1985-ci ildə həmin akademiyanı bitirmişdir.

 Ali Həmkarlar Akademiyasını bitirdikdən sonra yenidən doğma kollektivə Bakı Balıq Soyuducu Donanmasına qayıdmış, həmin kollektivdə müxtəlif vəzifələrfə çalışmışdır.

 1987-1993-cü illərdə Bakı Dəniz Balıq Limanında  rəis;

1993-2001-ci  illərdə Azərbaycan Dövlət Konsernin Balıqartırma İdarəsinin Dövlət müfəttişi;

2003-2013-cü illərdə   AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət əmək müfəttişliyi xidmətinin Baş əmək müfəttişi vəzifəsində çalışmışdır.

2013-cü ildə yüksək peşəkarlığı və əməkdə fərqləndiyinə  görə  II dərəcəli  dövlət qulluqçusu dərəcəsinə layiq görülmüşdür.

2014-cü ildən son zamanlaradək Əliyev Vaqif Əlixan oğlu yenidən həmkarlar ittifaqında fəaliyyətinə qayıdmiş, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasında əvvəl texniki əmək müfəttişi, daha sonra isə  Sosial-iqtisadi müdafiə və mədəni-kütləvi işlər  üzrə şöbənin müdiri vəzifəsində çalışmışdır.

Bu illərdə o, işdə göstərdiyi yüksək səriştəsinə, əməkdə fərqləndiyinə görə Sahə Həmkarlar İttifaqı Federasiyasının Fəxri Fərmanı  ilə təltif olunmuşdur.

Əliyev Vaqif Əlixas oğlu yüksək peşəkarlığı, özünə və iş yoldaşlarına qarşı  yüksək təlabat, səmimiliyi və qayğıkeşliyi ilə Sahə Həmkarlar İttifaqında çalışan bütün həmkarlar ittifaqı fəallarının dərin rəğbətini qazanmışdır.

Vaqif Əliyevin xatirəsi hər zaman Sahə Həmkarlar İttifaqı fəallarının qəlbində yaşayacaqdır.

 

Allah rəhmət eləsin.

                                                               Kənd Təsərrüfatı və Qida Sənayesi

                                                               İşçləri Həmkarlar İttifaqının  İcraiyyə Komitəsi                             





Çap et  Çap et