Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının tərkibində Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi yaradılmışdır.
20.09.2019
Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının tərkibində Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin yaradılması barədə “Kənd-Qida-İş” Həmkarlar İttifaqının İcraiyyə Komitəsinin 08 b.12 nömrəli 02 sentyabr 2019-cu il tarixli qərarının icrası olaraq 20 sentyabr 2019-cu il tarixdə adı çəkilən qurumun Təsis Konfransı keçirilmişdir.
Konfransda Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev iştirak və çıxış etmişlər.
Məmmədov Fuad Boris oğlu Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının tərkibində Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri seçilmişdir.