Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkərlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş" Hİ Federasiyasının beynəlxalq əlaqələri genişlənir.

22.04.2019

 “Kənd-Qida-İş» Həmkarlar İttifaqı Federasiyasının dəvətilə Bakıda səfərdə olan Türkiyə Cumhuriyyətinin “Şeker-İş” Həmkarlar İttifaqının nümayəndə heyəti Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad etmişlər və  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək  məzarı üstünə gül dəstələri qoyulmuşdur.  Sonra Şəhidlər xiyabanını  ziyarət etlmişlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında  “Şeker-İş” Həmkarlar İttifaqının nümayəndə heyəti ilə AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevlə  görüşü keçirilmişdir.

AHİK sədri qonaqları salamlayaraq  onlara Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti haqqında məlumat vermişdir. Bildirmişdir ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası öz sıralarında 1 milyon 500 min həmkarlar ittifaqı üzvünü birləşdirir. Hər ay ittifaq üzvlərinin sayının artırılması üçün mütəmadi olaraq işlər aparılır. və yeni həmkarlar ittifaqı komitələri yaradılır.

S.Möhbalıyev AHİK-in dövlət orqanları ilə işgüzar münasibətlərinin olduğunu diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında hər 2 ildən bir Baş Kollektiv Saziş imzalanır. Cəmiyyətin bütün sahələrini özündə ehtiva edən bu Saziş uzun müzakirələrdən sonra hazırlanır və dediyim kimi, Ölkənin Baş Naziri, AHİK və Sahibkarların Milli Konfederasiyası tərəfindən imzalanır. Daha sonra isə, bütün sahə həmkarlar ittifaqları Baş Kollektiv Sazişin müddəalarını rəhbər tutaraq işəgötürənlərlə Kollektiv Sazişlər bağlayırlar.

AHİK sədri Azərbaycanın Qarabağ  problemi ilə bağlı qardaş Türkiyənin dəstəyinin xalqımızın hər zaman şahidi olduğunu bildirmişdir. Türkiyə hökumətinin və xalqının bu taleyüklü məsələdə daim yanımızda olduğunu məmnunluq hissi ilə diqqətə çatdırmışdır.

Nümayəndə heyətinin başçısı, Türkiyənin “Şeker-İş” həmkarlar ittifaqının prezidenti İsa Gök cavab çıxışında ölkəmizdə xoş qarşılandıqları, Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti ilə yaxından tanış olmaları üçün onlara hər cür şərait yaradıldığı üçün AHİK rəhbərliyinə nümayəndə heyəti adında dərin təşəkkürünü bildirib. Qonaq Azərbaycana 20 il bundan öncə səfər etdiyini, ötən illər ərzində ölkəmizin böyük bir inkişaf yolu keçdiyinin şahidi olmasını, heyranlığını dərin məmnunluq hissi ilə dilə gətirib. Buna görə xalqımızı təbrik edib.

Görüşdə hər iki ölkənin həmkarlar ittifaqları arasında əməkdaşlığın daha da genişləndirilməsi, əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi də yer almışdır.

 

 

 





Çap et  Çap et