Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının birgə "Dayanıqlı inkişaf məqsədləri-iş yerlərində layiqli əməyin təminatı və bu sahədə həmkarlar ittifaqlarının təsərrüfat rəhbərləri ilə birgə fəaliyyəti" mövzusunda Quba rayonunda zona-seminarı keçirilmişdir.

28.06.2018

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Kənd Təsərrüfatı    Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının birgə "Dayanıqlı inkişaf məqsədləri-iş yerlərində layiqli əməyin təminatı və bu sahədə həmkarlar ittifaqlarının  təsərrüfat rəhbərləri ilə birgə  fəaliyyəti" mövzusunda  28 iyun 2018-ci il tarixində Quba rayonunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba rayon  kənd təsərrüfatı idarəsinin inzibati binasında  zona-seminarı keçirilmişdir.

      Seminarı “Kənd-Qida-İş”Hİ Quba    rayon komitəsinin sədri  Əli Məmmədov açaraq, seminar iştirakçılarını salamladı  və onlara seminarın işində uğurlar arzuladı.  

Seminarda Federasiyanın sədr müavini Təhmasib Əliyev məruzə ilə çıxış edərək, Respublikamızda əmək münasibətlərinin təkmilləşdirilməsi, bu sahədə işçilərin qanuni hüquq və mənafelərinin təmin edilməsi üçün Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq münasibətlərinin genişləndirilməsini, layiqli əməyin hər hansı ayrı seçkilik istisna olmaqla insanın azad, bərabər, təklükəsiz və ləyaqətinə hörmət şəraitində əmək hüquqlarına təminat verməsini qeyd etmiş. Azərbaycan höküməti ilə Beynəlxalq əmək təşkilatı arasında əməkdaşlıq çərçivəsində 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində həmkarlar ittifaqlarının  rolu, vəzifələri,iştirakı və həyata keçirəcəkləri tədbirlər haqqıda məlumat vermişdir.

 Daha sonra Federasiyanın sosial-iqtisadi müdafiə və mədəni kütləvi işlər üzrə şöbənin müdiri Vaqif Əliyev " Kollektiv müqavilənin hazlrlanması, bağlanması və yerinə yetirilməsi əsas prinsiplər"mövzusunda çıxış  etmişdir.

  Federasiyanın Baş texniki əmək müfəttişi Anar Tağıyev  "Əməyin mühafizəsi:xüsusən həssas təbəqə gənc işçilər" mövzusunda çıxış edərək istehsal sahələrində çalışan işçilər, xüsusən gənc işçilər üçün təhlükəsiz və sağlam iş yerlərinin yaradılması, yeni istehsalat mədəniyyətinin formalaşdırılmasını təmin etmək üçün qarşıda duran vəzifələri qeyd etdi.           Quba rayon Kənd Təsərrüfatı İdarəsinin  məsul işçisi Telman Balabəyov  aqrar sahədə əməyin təminatı və bu sahədə həmkarlar ittifaqlarının təsərrüfat rəhbərləri ilə birgə fəaliyyəti barədə məlumat verdi.

 Seminarda 12 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi Tengiz Nəzərov qanunvericiliyinin tətbiqi,əməyin mühafizəsi sahəsində zonada görülən işlər barədə məlumat vermişdir.

    Seminarın gedişində  Quba, Qusar,Xaçmaz  rayonlarının  təsərrüfat rəhbərləri,fermərlər, həmkarlar ittifaqları fəalları və texniki  təhlükəsiz üzrə mütəxəssislər  də iştirak  və çıxış etmişlər.   

    Seminarın sonunda  dinləyicilərin mövzulara və digər məsələlərə aid 

suallarına mütəxəssislər tərəfindən ətraflı cavab verildi.                                                                                   

 

 




 

 

 

 

 

 

 





Çap et  Çap et