Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin Məsləhətləşmə Şurasının ( МОАП) növbəti iclası keçirildi.
25.05.2018
Cari ilin may ayının 25-də, Minsk şəhərində Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin Məsləhətləşmə Şurasının ( МОАП) növbəti iclası keçirilmişdir. İclasın işində “Kənd-Qida-İş” Hİ Federasiyasının sədri, Beynəlxalq Birliyinin Məsləhətləşmə Şurasının ( МОАП) sədr müavini Tofiq Quliyev və Maliyyə şöbəsi müdirinin müavini, Beynəlxalq Birliyinin Məsləhətləşmə Şurasının ( МОАП) təftiş komissiyasının üzvü Rüfət Bürcəliyev iştirak etmişlər.
Tədbirdə çıxış edən T.Quliyev Azərbaycan həmkarlar ittifaqları adından iştirakçıları salamladı və iclasda müzakirə olunan iqtisadi islahatların aparılması, sahibkarlığın inkişafı, işçilərin əmək hüquqlarının və sosial təminatlarının qorunması əsas məsələlərdən biri olduğunu vurğuladı.
İşgüzar şəraitdə keçən iclasda regionlarda əmək qanunvericiliyi və həmkarlar haqqında qanunlar , onların həlli yolları və qarşıda duran məsələlər müzakirə olundu. Tədbir iştirakçıları tərəfindən Həmkarlar İttifaqlarının Beynəlxalq Birliyinin Məsləhətləşmə Şurasının (МОАП) növbəti iclasın keçirilməsi və Beynəlxalq Birliyinin Məsləhətləşmə Şurasının ( МОАП ) fəaliyyəti və digər gündəlikdə olan məsələlər müzakirə olundu.
İclasda Rusiya Federasiyasının Aqrar Sənaye Kompleksi İşçilərinin Həmkarlar İttifaqı, Belarus Aqrar Sənaye Kompleksi İşçilərinin Həmkarlar İttifaqı, Qazaxıstan Aqrar Sənaye Kompleksi İşçilərinin Həmkarlar İttifaqı, Tacikistan Aqrar Sənaye Kompleksi İşçilərinin Həmkarlar İttifaqı təmsil olunurdu.
Beynəlxalq Həmkarlar İttifaqında səmərəli fəaliyyətinə görə, Quliyev Tofiq Rəhman oğlu, Belarus Aqrar Sənaye Kompleksi İşçilərinin Həmkarlar İttifaqının “xidmətlərə görə” medala ilə təltif edilmişdir.
Həmçinin Belarus Aqrar Sənaye Kompleksi İşçilərinin Həmkarlar İttifaqı və “Kənd-Qida-İş” Hİ Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdı.
Daha sonra, tədbir iştirakçıları istehsalatla bağlı təcrübə mübadiləsi məqsədilə Minsk şampan şərabları zavoduna və “Snov Agrokombinatı” ilə tanış oldular.