Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Gender bərabərliyi və qadın problemləri üzrə “ Mərkəzinin növbəti yığıncağı keçirilmişdir.

05.03.2018

 Qlobal miqyasda qadınların  üçdə birindən çoxu  iş yerində, evdə və ya cəmiyyətdə zorakılığa məruz qalır. Buna qarşı mübarizə aparmaq  bunu sona çatdırmaq məqsədi ilə 2018-ci il 14 fevral tarixindən 8 mart tarixinədək Belçikanın Brussel şəhərində  “İş yerlərində gender əsaslı zorakılıqları dayandıraq” məqsədi ilə 23 günlük  aksiya keçirilmişdir. Bu aksiyaya dəstək vermək üçün mart  ayının 2-də  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Gender bərabərliyi və qadın problemləri üzrə “Mərkəzin növbəti yığıncağı keçirilmişdir. Həmkarlar İttifaqları da gender əsaslı zorakıllığa qarşı olmaq üçün BƏT-in Konvesiyasına, çağırışına qoşularaq  və həmçinin  aksiya ərəfəsində mərkəzin fəallarıda plakatlarla öz həmrəyliyini  bildiriblər.

Yığıncaqda  “Kənd-Qida-İş” Hİ və digər sahələr üzrə nümayəndələr  gender bərabərliyi bu sahədə  həmkarlar ittifaqları fəaliyyəti,  müəssisə və təşkilatlarda təhlükəsiz və sağlam iş şəraiti, qadınların iş yerlərində çətinlikləri, evdə qarşılaşdıqı problemləri dinlənilib və geniş  müzakirə aparılıb.

Daha sonra   “8 mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə  mərkəzin sədri Cəmilə Səttarova tədbirdə iştirak edən qadın nümayəndələri təbrik  etmiş   və onlara  gül dəstəsi  təqdim etmişdir.

    

 

 





Çap et  Çap et