Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

Qeyri-formal iqtisadiyyatın aradan qaldırılması, gənclərin məşğulluğu, həmkarlar ittifaqlarının rolu və vəzifələri” mövzusunda seminar keçirilmişdir.

07.03.2018

 Martın 6-7-də Bakıda Beynəlxaq Əmək Təşkilatının (BƏT) dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Qeyri-formal iqtisadiyyatın aradan qaldırılması, gənclərin məşğulluğu, həmkarlar ittifaqlarının rolu və vəzifələri” mövzusunda seminar keçirilmişdir.

Seminarı  AHİK sədrinin birinci müavini İlyas Əliyev açaraq, mövzunun aktuallığını diqqətə çatdıraraq dünyada  15-29 yaş arası 70-80 milyon gəncin işsiz olduğunu qeyd edib. Bu isə bütün dünya üzrə gənclərin 30-35 faizinin işsiz olduğu anlamına gəlir. Azərbaycanda bu göstərici 13,5 faizə yaxındır.

 AHİK sədrinin birinci müavini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərfli Komissiyanın apardığı işlərin əhəmiyyətindən də danış. Həmçinin sosial tərəfdaşlar arasında növbəti iki il üçün Baş Kollektiv Sazişin bağlanmasını, burada nəzərdə tutulan məsələləri diqqətə çatdırdı.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov gənclərin məşğulluğu sahəsində olan problemlərdən danış. BƏT-in Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı sahəsində görülən işlər barədə məlumat verdi.

Peşə Təhsili üzrəDövlət Agentliyinin peşə yönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin böyük məsləhətçisi İxtiyar Abdullayev peşə təhsili sistemində aparılan islahatlar çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisasların tədris olunması barədə geniş məlumat verdi.  

  Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov qeyri-formal iqtisadiyyatın aradan qaldırılması, gənclərin məşğulluğu problemi və onların həlli yollarından danışdı

AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov Azərbaycanda gənclərin məşğulluğu ilə bağlı tendensiyalar və çağırışlar, həmkarlar ittifaqlarının mövqeyi barəsində çıxış etdi.

Seminarın  ikinci günündə AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərovun sədrliyi ilə tədbir  davam etdirilmişdir. Daha sonra seminarın iştirakçıları qruplara bölünərək gənclərin məşğulluğu, yeni iş yerləri, layiqli əməkhaqqı, sosial imtiyazlar və bir sıra məsələlər barədə   təqdimat şəklində müzakirə olunub. 

Seminarda Federasiyanın nümayəndələri iştirak  və çıxış etmişlər. 

 

                     

       

               

      





Çap et  Çap et