Məhsul Bayramı- “Nar bayramı”
03.11.2017
Noyabr ayının 3-də Göyçay rayonunda Məhsul bayramı -“Nar bayramı” keçirilmişdir. Tədbirdə dövlət, hökumət nümayəndələri, Milli Məclis deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, diaspor, beynəlxalq təşkilat təmsilçiləri, “ Kənd-Qida-İş” Hİ Federasiyanın sədri və Sahə həmkarlar ittifaqı nümayəndələri iştirak etmişlər.Bayramın məqsədi regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsidir.Tədbirdə milli musiqi, muğam və folklor nümunələri təqdim edilmişdir. Tədbir iştirakçıları rayon sakinləri tərəfindən nardan əl əməyi ilə hazırlanan məhsullardan ibarət sərgi ilə tanış olmuşlar.Tədbirin təşkilində və keçirilməsində fəal iştirak edən Sahə həmkarlar ittifaqı nümayəndələri Federasıyanın təşəkkürü və mükafatlarına layiq görülmüşlər.