Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının birgə “Kənd təsərrüfatı və emal müəssələrində əmək münasibətlərinin tənzimlənməsi,kollektiv müqavilənin əhəmiyyəti,sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və bu sahədə profilaktik tədbirlər” mövzusunda Saatlı şəhərində növbəti zona seminarı keçirmişdir.

21.06.2017

       
       Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının birgə “Kənd təsərrüfatı və emal müəssələrində əmək münasibətlərinin tənzimlənməsi,kollektiv müqavilənin əhəmiyyəti,sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və bu sahədə profilaktik tədbirlər” mövzusunda 22 iyun 2017-ci il tarixində Saatlı şəhərində növbəti zona seminarı keçirmişdir. 
        Seminarda Saatlı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi,14 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi və Federasiyanın məsul işçiləri iştirak etmişdir. Seminarı “Kənd-Qida-İş” Hİ Saatlı rayon komitəsinin sədri Zamanəli Dəmirov açaraq,seminar iştirakçılarını salamladı və onlara seminarın işində uğurlar arzuladı.Giriş sözü ilə Federasiyanın şöbə müdiri Vaqif Əliyev çıxış edərək regionlarda sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi,fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi,sahibkarlığın inkişafı,infostruktur Layihələrin həyata keçirilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına müsbət təsirindən danışdı.İşçilərin əmək şəraitinin yaxşılaşdırılması,əməyin mühafizəsi,əmək haqqı və digər sosial müdafiə tədbirləri işəgötürənlərlə işçilər arasında əmək münasibətlərini tənzimləyən kollektiv müqavilə və sazişin hazırlanması,bağlanması və təmin edilməsi çox böyük əhəmiyyət kəsb edir.Saatlı rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Ağa Əsədov aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi islahatları barədə geniş məlumat vermişdir.Seminarda 14 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi Əliyar Əmirov əmək qanunvericiliyinin tətbiqi,əməyin mühafizəsi sahəsində zonada görülən işlər barədə məlumat vermişdir.
        Daha sonra Federasiyanın Baş texniki əmək müfəttişi Anar Tağıyev “Müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında profilaktiki tədbilərin əhəmiyyəti”  mövzusunda məruzəsi dinlənildi.Həmkarlar İttifaqlarının qarşısında duran vəzifələr barədə seminar iştirakçılarını məlumatlandırdı.
        Seminarın gedişində Sahə Hİ Sabirabad, İmişli və Şirvan şəhər həmkarlar ittifaqları fəalları və texniki təhlükəsizlik üzrə mütəxəssislər də iştirak etmişdirlər.Seminarda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırıldı və seminarın sonunda tədbir iştirakçılarına yeni normativ hüquqi qanunlar paylanıldı. 
      Federasiya bu mövzuda ayrı-ayrı zonalarda seminarların keçirilməsini nəzərdə tutmuşdur.            
        





Çap et  Çap et