Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

«Kənd-Qida-İş» Hİ Lənkəran rayon komitəsinin hesabat -seçki Konfransı haqqında.

01.05.2017

   
Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Sahə Həmkarlar İttifaqı şəhər və rayon təşkilatlarında davam edən hesabat-seçki konfransının növbəti ünvanı Lənkəran rayonu olmuşdur.
   2 may 2017-ci il tarixdə keçirilən növbəti hesabat-seçki konfransında ötən dövr üçün hesabat məruzəsi ilə komitənin sədri Bağır Miriyev məruzə etdi. O, komitənin ötən dövr ərzində gördüyü işlər, problemlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi.
   Təftiş komissiyasının da hesabatı dinlənildi. Sonra məruzələr ətrafında çıxış edən konfrans nümayəndələri sırf həmkarlar ittifaqı maraqlarına uyğun olaraq Lənkəranda  sayçılığın yenidən bərpasından, kənd təsərrüfatı mütəxəssislərinin çatışmamazlığı və onların hazırlanmasına ehtiyacın olmasından, əkin sahələrində meliorasiya işçilərinin aparılmasının əhəmiyyətindən və bunun sayəsində əkin sahələrinin genişlənməsi hesabına çayçılığın və çəltik sahələrinin inkişaf etdirilməsi və bununla da yeni iş yerlərinin açılmasının mümkünlüyündən bəhs etdilər.
   Çıxış edənlər rayon komitəsinin işinin qənaətbəxş olduğunu qeyd etdilər.
Konfransın işində Federasiyanın sədr müavini Təhmasib  Əliyev iştirak edildi.
Nümayəndələr  Bağır Miriyevə etimad göstərərək onu yenidən rayon komitəsinin sədri seçdilər.






Çap et  Çap et