Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş" Hİ Yevlax rayon komitəsinin hesabat-seçki Konfransı haqqında.

27.04.2017

   
28 aprel 2017-ci il tarixdə «Kənd-Qida-İş» həmkarlar ittifaqı Yevlax rayon komitəsinin növbəti hesabat-seçki konfransı keçirilmişdir. Konfransı açan rayon komitəsinin sədri Famil Əzizov konfransın gündəliyini nümayəndələrin nəzərinə çatdırdı. Gündəlik təsdiq edildikdən sonra konfransın hesabat məruzəsi, təftiş komissiyasının hesabatı dinlənilmişdir.
  Müzakirələrdə çıxış edənlər qeyd etmişdir ki, hələ də bir sıra müəssisə və təşkilat rəhbərləri işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinə biganə yanaşırlar, xüsusi geyimlər peşələrə uyğun verilmir ki, nəticədə zədələnmələr baş verir. Təklif olundu ki, həmkarlar ittifaqı işçilərin sağlam və təhlükəsiz fəaliyyətinə diqqəti  daha da artırsınlar.
  Konfransın işində Federasiyanın şöbə müdiri Vaqif   Əliyev  iştirak edirdi.
  Sonda təşkilatı məsələyə baxıldı, Famil Əzizov rayon komitəsinin sədri seçildi.





Çap et  Çap et