Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

Hesabat-seçki konfranslarına start verildi.

03.04.2017

        
Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının xidmətinə daxil olan birlik, rayon komitələrində hesabat-seçki konfranslarına aprelin  1-dən start verilmişdir.
         Konfransların başlanması ərəfəsində birlik,rayon komitə sədrləri və fəalları ilə görüşlər təşkil edilmiş, hesabat-seçki konfranslarının keçirilmə qaydaları, təlimatlar,protokol nümunələri bir daha onların diqqətinə çatdırılmışdır.
        03 aprel 2017-ci il tarixdə Kənd-Qida-İş Hİ Abşeron rayon təşkilatının hesabat-seçki kohfransı keçirilmişdir.Hesabat məruzəsində komitənin hesabat dövrundə gördüyü işlər, həyata keçirdiyi tədbirlər geniş şəkildə, konkret faktlarla konfrans nümayəndələrinin diqqətinə çatdırıldı.Tədbirdə çox saylı çıxışlar dinlənildi, məruzədə səslənən hesabata münasibət bildirildi. Sonra təşkilati məsələyə baxıldı. Nağıyeva Ədalət  Kamran qızı yenidən rayon komitəsinin sədri seçildi.
 
 
 





Çap et  Çap et