Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Günüdür.

15.04.2015

Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri Rizvan Allahverdi oğlu Allahverdiyev çıxış edərək bildirdi ki, müasir dünya təcrübəsi insan amilinin uca tutduğu ölkələrdə inkişafın labüdlüyünü çoxdan  təsdiqləyib.Bu gün Azərbaycan Respublikasında uğurla davam etdirilən hüquqi cəmiyyət quruculuğu prosesi sivil dünya ənənələrini əks etməklə və dərin tarixi köklərə malik milli-mənəvi dəyərlərə söykənməklə Azərbaycan vətəndaşının hüquq və mənafelərini ən yüksək səviyyədə təminatına xidmət edir.Ölkə vətəndaşlarının bir işçi olaraq hüquqlarının qorunması, əməyin mühafizəsi, onun sağlam və təhlükəsiz iş şəraitinin təşkili dövlətin siyasətinin prioritet məsələləri sırasındadır.
Son illər “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişiliklərin möhtərəm Prezidentimiz tərəfindən dəstəklənməsi ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması sahəsində onun vaxtaşrı atdığı addımlardır.Bununla bağlı, cənab prezidentimizin qəbul etdiyi fərman və sərəncamlar həmkarlar ittifaqları strukturlarının fəaliyyət dairəsini bir daha genişləndirmiş, nüfuzunu artırmış, onu beynəlxalq həmkarlar ittifaqı hərəkatının fəal üzvünə çevirmişdir.
Bu gün Respublikamızda gedən islahatlar və ondan irəli gələn əməyin mühafizəsi problemləri Həmkarlar İttifaqının qarşısında ciddi vəzifələr qoyur.
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri, Azərbaycan meliorasiya və su təsərrüfatı açıq səhimdar cəmiyyətinin daim diqqət mərkəzində olmuş və olmaqdadır.Belə ki, idarə və müəssisələrdə mütəmadi olaraq işçilərlə təlimatlar keçirilir, onlar üçün sağlam və təhlükəsiz əmək şəraiti yaradılır, xüsusi geyim, qoruyucu vasitələrlə təhciz olunurlar.Odur ki, son illər istehsalatda bədbəxt hadisə baş verməmişdir.
İşəgötürənlə kollektiv müqavilələırin vaxtlı-vaxtında bağlanması və işçilərin sosial, əmək mənafelərinin qorunması hər iki tərəfin maraq dairəsində olduğundan müqavilədə nəzərdə tutulan öhdəliklər gecikdirilmədən yerinə yetirilir.İdarəmizdə çalışan insanların sağlamlığının qorunmasına və iş şəraitinin normalara uyğun olmasınada Hidrogeoloji Meliorativ Xidmət İdarəsinin rəisi cənab Saleh Teymur oğlu Sadıqov və həmkarlar ittifaqı tərəfindən güclü nəzarət var.İdarənin həytində salınmış yaşıllıqlar,təmiz və səliqəli təmir edilmiş otaqlar,gözəl iş şəraiti və görülməsi nəzərdə tutulan işlər göz qabağındadır.
Sonra HGMXİ-nin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texninikası üzrə mühəndisi Əliyev Əsilağa Mahmud oğlu çıxış edərək bildirdi ki, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, işəgötürənin və bu sahəyə ictimai nəzarət funksiyasını həyata keçirən həmkarlar ittifaqının ən başlıca vəzifələrindən biridir. İdarəmizdə mütəmadi olaraq işçilərlə təlimatlar keçirilir, onlar üçün sağlam və təhlükəsiz əmək şəraiti yaradılır və onlar xüsusi geyim, qoruyucu vasitələrlə təchiz olunurlar. Odur ki, son illər istehsalatda heç bir bədbəxt hadisə baş verməmişdir. Ə.M.Əliyev çıxışına davam edərək bildirdi ki, əməyin mühafizəsi ilə əlaqədar olaraq il ərzində şöl zonalarında olmuş və vəziyyətlə tanış olmuşdur. Yerlərdəki vəziyyət qənaətbəxşdir. Çöl zonalarında əməyin mühafizəsinə cavabdeh olan şəxslər və ictimai müvəkillərlə vəziyyətin daha da yaxşılaşdırılması ilə əlaqədar müzakirələr aparmış və tövsüyyələr verilmişdir. O həmçinin qeyd etmişdir ki, bu müddət ərzində Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri Həmkarlar İttifaqı Federasiyasının sədr müavini Əliyev T.Q. tərəfindən verilmiş təqdimat müzakirə olunmuş və uyğun işlər yerinə yetirilmişdir.

                                                                                                                                                      HGMXİ   HİK





Çap et  Çap et