Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə“2015-ci il Kənd Təsərrüfatı ili - kənd təsərrüfatı sahəsində əməyin mühafizəsi, yüksək əmək standartları” devizi altında Şəmkir rayonunda “Müəssisədə sağlam və təhlükəsiz əmək şəraiti sahəsində həmkarlar ittifaqı və işəgötürənlərin birgə fəaliyyəti” mövzusunda zona seminarı keçirilmişdir.
12.02.2015
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və “Kənd-Qida-İş”Hİ Federasiyasının birgə “ “Müəssisədə sağlam və təhlükəsiz əmək şəraiti sahəsində həmkarlar ittifaqı və işəgötürənlərin birgə fəaliyyəti” mövzusunda 10 fevral 2015-ci il tarixində Şəmkir şəhərində növbəti zona seminarı keçirmişdir.Seminarı “Kənd-Qida-İş”Hİ Şəmkir rayon komitəsinin sədri Zəhra Məmmədova açaraq, seminar iştirakçılarını salamladı və onlara seminarın işində uğurlar arzuladı.
Seminarda Federasiyanın sədr müavini Təhmasib Əliyev məruzə ilə çıxış edərək son illər iqtisadiyyatda, o cümlədən aqrar sahədə texniki avadanlıqların ən son nailiyyətləri tətbiq olunması, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində yeni normativ aktlar qəbul edilməsi işəgötürənlər və həmkarlar ittifaqı təşkilatları arasında qarşılıqlı əlaqələrin yeni bir təməlinin qoyulmasını qeyd etmişdir.
Daha sonra Federasiyanın Baş texniki əmək müfəttişi Anar Tağıyev “Ölkədə gedən islahatlar və ondan irəli gələn əməyin mühafizəsi problemləri-Həmkarlar İttifaqlarının qarşısında duran vəzifələr” barədə seminar iştirakçılarını məlumatlandırmışdır.
Tovuz ərazi üzrə kənd təsərrüfatı idarəsinin rəisi C.Qəhrəmanov aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi islahatları barədə məlumat vermişdir.
Seminarda Federasiyanın texniki əmək müfəttişi V. Əliyev, 20 saylı ərazi üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi M.Şükürovun, Samux Ərazi üzrə Kənd Təsərrüfatı idarəsinin rəisi T.Tanrıverdiyevin çıxışları da dinlənilmişdir. Seminarın gedişində Sahə Hİ Qazax, Ağstafa, Tovuz, Samux rayon həmkarlar ittifaqları fəalları və texniki təhlükəsiz üzrə mütəxəssislər də iştirak etmişdirlər.
Seminarda dinləyiciləri maraqlandıran suallar cavablandırıldı.