Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

“Kənd-Qida-İş” Hİ Federasiyası AHİK-in II məclisinin qərarına müvafiq olaraq Əməyin mühafizəsi vəziyyətini araşdırmaq məqsədi ilə regionlarda sahə Həmkarlar İttifaqının xidmətində olan bir sıra müəssisə və təşkilatlarda yoxlamalar aparmışdır.

12.02.2015

    İşçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması,işəgötürənin və bu sahəyə ictimai nəzarət funksiyasını həyata keçirən həmkarlar ittifaqının ən başlıca vəzifələrindən biridir.İşçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu,istehsalat prosesinin təhlükəsizliyini,işçilərin müxtəlif növ zədələnmə və bədbəxt hadisələrdən qorunmasını,bunu yaradan səbəblərin aşkar edilərək aradan qaldırılmasını təmin etmək,bir sözlə əməyin mühafizəsinin vəziyyətini araşdırmaqməqsədi ilə “Kənd-Qida-İş”Hİ Federasiyasının məsul işçiləri 9-11 fevral 2015 -ci il tarixlərin də Şəmkir,Tovuz və Ağstafa rayonlarında sahə həmkarlar ittifaqının xidmətində olan Şəmkir Suvarma Sistemləri idarəsi,Şəmkir Subartezian Quyularının istismarı idarəsi,Tovuz Suvarma Sistemləri idarəsi,Ceyrançöl Qış Otlaqlarının Suvarma idarəsi,Ağstafa Suvarma Sistemləri idarəsi və Ağstafa çay Hidroqovşağı istismar idarəsində olmuşlar.
    İlk öncə işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin,təlimatlandırılmasının,biliklərinin yoxlanılmasını,xüsusi geyim,xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin edilməsinə dair texniki sənədlərlə tanış olundu.Bundan əlavə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərlə uyğunluğu,kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaların daxil edilməsi və onların yerinə yetirilməsinin vəziyyəti,ağır və zərərli şəraitdə işləyənlərin məzuniyyətə buraxılmasına dair əmrlər araşdırıldı.Qeyd olunan nöqsanlarla bağlı müəssisə rəhbərlərinə iradlar bildirildi və onların aradan qaldırılması üçün təqdimatlar verildi.
    Müəssisədə işçilərlə görüş keçirildiyi zaman onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.Budan əlavə müəssələrin təhlükəsizlik texnikası və əməyin mühafizəsi üzrə mütəxəsislərinə yeni hüquqi normativ aktlar və əməyin mühafizəsinə dair yeni çapdan çıxmış kitablar təqdim olunmuşdur.





Çap et  Çap et