Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkərlar İttifaqı Federasiyası

Beynəlxalq əlaqə
Sahə həmkarlar ittifaqı artıq 10 ildən yuxarıdır ki,  dünyanın ən nüfuzlu həmkarlar ittifaqlarından biri olan Qida. Tütün Sənayesi, Kənd Təsərrüfatı və müvafiq sahə işçilərinin Beynəlxalq İttifaqının (IUF) üzvüdür.  Federasiya bu Beynəlxalq İttifaq  ilə birgə  3 Qlobal Layihə:

-«Yeni texnologiyalar və həmkarlar ittifaqlarında maariflənmə»;

- «Torpaq və sərbəstlik»;

- 5 Qlobal Həmkarlar İttifaqı - IUF, ICEM, UNİ,IFBWW və ITF ilə birlikdə   “Həmkarlar ittifaqı - idarəetmə və yeniləşmə”  həyata keçirmişdir. 

Beynəlxalq Təşkilatın (IUF)  2012-ci ilin may ayında İsveçrənin Cenevrə şəhərində keçirilən 26-cı Ümumdünya Konqresində  Federasiya (sədr T.Quliyev)  Qurumun yuxarı orqanı olan İcraiyyə Komitəsinin tərkibində təmsil olunmuşdur.
Sahə həmkarlar ittifaqı həmçini daha bir müfuzlu beynəlxalq təşkilatın Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyasının üzvüdür. Avrasiya Federasiyası Avrasiya bölgəsinin 14 ölkəsini: Türkiyə, Azərbaycan, Rumıniya, Çernoqoriya, Sarayevo, Kosova, Makedoniya, Serbiya, Orta Asiya, Gürcustan Respublikalarının 21 sahə həmkarlar ittifaqlarını özündə birləşdirir.
Avrasiya Federasiyasının  mənzil qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir. 31 avqust 2007-ci ildə Qurumun Təsis Qurultayı keçirilmiş, Türkiyənin «TOLEYİS» Sendikasının Genel Başkanı Camail Bakındı Avrasiya Federasiyasının prezidenti, Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının  sədri Tofiq Quliyev   vitse-prezident seçilmişdir.
    




Çap et  Çap et