Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının Federasiyası arasında 2012-2014-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişi
                   
Azərbaycan Respublikası Əmək Məcəlləsinə, «Dövlət Qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa və əmək münasibətləri sahəsində digər qanunvericilik aktlarına müvafiq olaraq;
dövlətin minimum sosial təminatları ilə sahə işçilərinin bütün təbəqəsini əhatə etmək zərurətini nəzərə alaraq;
ikitərəfli məsləhətləşmələr zamanı əldə edilmiş razılaşmalara riayət olunmasını qəbul edərək;
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının Federasiyası sahə işçilərinin əmək, sosial-iqtisadi və digər hüquqlarının tənzimlənməsinin əsas prinsipləri üzrə 2012-2014-cü illər üçün tərəflərin razılaşdırılmış mövqelərini və digər fəaliyyətlərini müəyyən edən bu Sazişi bağlayırlar.
Bu Sazişə  əlavə və dəyişiliklər Azərbaycan Respublikasının Əmək Məcəlləsində və digər qanunvericilik aktlarında əsaslı dəyişikliklər olduqda Tərəflərin  qarşılıqlı razılığı əsasında edilir.
Sazişi imzalamış Tərəflər onun qüvvədə olduğu müddətdə üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə birtərəfli qaydada xitam verə bilməzlər. Yalnız bu Sazişin hər hansı bir müddəasına təsir edən yeni bir qanunvericilik və ya normativ akt qəbul edilərsə ona əlavə və dəyişiliklər ola bilər.    
Sahə müəssisələrinin iqtisadi və maliyə vəziyyətinin möhkəmləndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, məşğulluğun   təmin edilməsi və sahə işçilərinin sosial-iqtisadi müdafiuəsi üzrə digər tədbirlərin həyata keçirilməsi, onlara əlavə güzəşt və təminatların müəyyən olunması məqsədi ilə tərəflər birgə səy göstərməyi qarşılıqlı öhdəlik kimi qəbul edirlər.

                                                                     I. İqtisadi siyasət sahəsində

Tərəflər ilk növbədə aşağıdakı tədbirləri həyata keçirməyi öhdəsinə götürürlər:
       1.1.Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət  Proqramının yerinə yetirilməsi üçün kənd təsərrüfatı istehsalının səmərəliliyinin əhəmiyyətli dərəcədə artırılmasını təmin etmək;
     
       1.2.Kənd təsərrüfatı məhsulları istehsalının inkişafına, onun səmərəliliyinin yüksəldilməsinə yönəldilən dövlət yardımının artırılmasına kömək göstərmək;
       1.3.Aqrotexniki xidmətlərin həyata keçirilməsində yeni texnologiyanın mənimsənilməsi və biliklərin artırılması yönümündə işlərin aparılmasını təmin etmək;
1.4.Yerli məhsulların istehsal həcmini, onların keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq məqsədi ilə yerli istehsalçılara hərtərəfli yardım göstərmək və istehsal olunmuş hazır məhsulun dünya bazarına ixracını stimullaşdıran tədbirlər sistemini təkmilləşdirmək;
1.5.Sahə müəssisələrinin yeni struktur dəyişmələrinə və idarəetmə islahatlarına köməklik  etmək;
1.6.Müəssisələrin inkişafına investorları cəlb etdikdə işçilər üçün müəyyən olunmuş təminatlara riayət etmək;
1.7.Əməyin təşkilinə, qabaqcıl əmək metodlarının təkmilləşdirilməsinə yardım göstərilməsini və yeni iş yerlərinin yaradılması üçün tədbirlər görmək;
        1.8.Bazar iqtisadiyyatı şəraitində istehsalın həcminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas amil olan kiçik və orta sahibkarlığın inkişafına köməklik  göstərmək;       
         1.9. Kollektiv müqavilə bağlamayan müəssisə və təşkilatların dövlət və bələdiyyə tərəfindən  keçirilən tenderlərdə (müsabiqələrdə) iştirakını  məhdudlaşdırmaq, bu tədbirlərə təqdim olunan  sənədlərin layihələrinə sosial xarakterli bölmənin daxil etdilməsinə nail olmaq;        
         1.10. Dövlət ehtiyacları üçün məhsul və xidmət sifarişlərinin müsabiqə yolu ilə əldə edilməsini davam etdirmək.;         
                    
                            II.  Əməyin ödənilməsi, işçilərin gəlirləri və həyat səviyyəsi

2. İşçilərin gəlirlərinin formalaşmasında razılaşdırılmış siyasətin həyata keçirilməsi məqsədi ilə işəgötürən əməyin ödənilməsini və əmək münasibətlərini tənzim edən aktlara əlavə olaraq aşağıdakı öhdəlikləri götürür:
2.1.Maliyyələşmə mənbəyindən asılı olmayaraq bütün müəssisələrdə aylıq əmək haqqının  vaxtında ödənilməsi üçün  tədbirlər hazırlamaq;
2.2.Vahid tarif cədvəli üzrə əmək haqqı ödəyən büdcədən maliyyələşən müəssisə və təşkilatlarda çalışan işçilərin  əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsini davam etdirmək;
2.3.Əmək haqqını ayda bir dəfədən gec olmamaq şərti ilə ödəməyi, işin səmərəliliyinin və keyfiyyətinin qaldırılmasında maddi maraq yaratmaq məqsədi ilə işçiləri aylıq və rüblük nəticələrə görə, eləcə də Dövlət bayramları münasibəti ilə həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmaqla mükafatlandırmaq, toy, yas mərasimləri, ağır xəstəliklərlə əlaqədar və digər zəruri hallarda onlara maddi yardım göstərmək;

2.4.Şəxsin dövlət sosial sığorta şəhadətnaməsi olmadan ( ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) əmək müqaviləsi (kontraktı) bağlayan işəgötürənlərə qarşı həmkarlar ittifaqlarının birgə  nəzarətini gücləndirmək;
2.5. Ölkə üzrə orta aylıq əmək haqqı miqdarından az maaş alan Sahə  işçilərinin sayının əhəmiyyətli dərəcədə aşağı salınması məqsədi ilə təsirli tədbirlər həyatə keçirmək;
2.6. İşçiləri əmək müqaviləsi bağlamadan işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər  üzərində birgə nəzarəti gücləndirmək;
2.7.Tərəflər əməyin ödənilməsi sahəsində qanunvericiliyə düzgün riayət olunmasına nəzarət etməklə, ayrı-ayrı işçilərin tələb və təklifləri əsasında əməyin ödənilməsinin forma və sistemlərinin təkmilləşdirilməsi üçün müvafiq təkliflər hazırlamaq.

                            III. Əmək bazasının inkişafı və əhalinin məşğulluğunun təminatları.

3.İşçilərin peşə hazırlığı səviyyəsinə, yeni texnoloji proseslərə və qabaqcıl texnologiyaya uyğun olaraq dəyişən iş şəraitinə uyğunlaşmaq qabiliyyətinə və əmək ehtiyatlarından hərtərəfli istifadə edilməsini həyata keçirmək məqsədi ilə  işəgötürən öhdəsinə  götürür:
3.1.Mövcud iş yerlərinin saxlanılması və yeni iş yerlərinin açılmasını təmin etmək məqsədi ilə «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq tədbirlər görmək, struktur dəyişilikləri nəticəsində sərbəstləşdirilmiş işçilərin sosial müdafiəsini həll etmək üçün isə onlara qanunçuluqda nəzərdə tutulan sosial yardımlar vermək və  boş iş yerləri olan müəssisələrdə onların yerləşdirilməsinə köməklik göstərmək;
3.2.Gənclərin məşğulluğunun təmin edilməsi, onların kənd yerlərində çalışmasına həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yöksəldilməsi və gənc işçilərin, mütəxəssislərin  sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
3.3.Əmək qanunvericiliynin tələblərinə riayət oluması üzərində birgə nəzarəti gücləndirmək;
3.4.Əmək bazarının  tələblərinə uyğun olaraq kadr hazirlığının proqnozlaşdırılması sisteminin yaradılmasına dair zəruri tədbirlər görmək;
3.5.Mövcud iş yerlərinin saxlanmasını və layiqli yeni iş yerlərinin yaradılmasşnı təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirləri genişləndirmək;
3.6. Yeni iş yerlərinin layiqli əmək normalarının tələblərinə uyğun gəlməsi ilə bağlı monitorinqlər həyata keçirmək;
3.7.İşəgötürənin təşəbbüsü ilə müəssisənin struktur bölmələrinin ləğv edilməsi, istehsalın tamamilə dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb olarsa, belə tədbirlərin qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqa müvafiq həmkarlar ittifaqlarını azı 3 ay qabaqcadan xəbərdar etmək və işçilərin mənafeyinin gözlənilməsi barədə danışıqlıqlar aparmaqla həyata keçirmk;
3.8.İşçilərin kütləvi şəkildə işdən azad edilməsi hallarında işdən çıxma müavinətinin məbləğini artırmaq, ehtiyacı olanlara əlavə maddi yardım  vermək;
3.9.İşçilərin ixtisarı zamanı işdə saxlanmağ üstünlüyü olan şəxslərin siyahısına pensiyaya çıxmasına az müddət qalmış, anadan olandan və ya uşaqlıqdan əlil uşaqları olan işçiləri daxil etmək;
3.10.İşdən azad olunan peşəkar işçilərin sahənin digər müəssisələrində işə düzəlməsinə yardım göstərmək;
3.11.Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmayan qeyri-qanuni, müddətli əmək müqavilələrinin bağlanmasına yol verməmək.

                          IV.   Gender bərabərliyi siyasətinin həyata keçirilməsi sahəsində.

4.İş yerlərində gender bərabərliyinin gözlənilməsi, cinsindən asılı olmayaraq bütün işçilərə təhlükəsiz və sağlam iş şəraitinin və onlara bərabər imkanların yaradılmasına dair öhdəlikləri:
4.1.Müəssisə və təşkilatlarda işçilərin (kişi və qadınların) rəhbər vəzifələrə irəli çəkilməsi prosesinin şəffaflığının  təmin etmək;
4.2.Ölkə qanunvericiliyi ilə qadınlara doğuşa və uşağa qulluq etməyə görə nəzərdə tutulan güzəştlər və imtiyazlar vermək;
4.3.Qısaldılmış iş rejmində çalışan qadınlara da  nəzərdə tutulan bütün imtiyazları, mükafatları və sairi şamil etmək;
4.4.Həmkarlar ittifaqlarının bütün səlahiyyətli orqanlarında gender bərabərliyi və qadın problemləri ilə məşğul olan komissiyaların yaradılmasına və ya bu məsələlərlə məşğul olan məsul şəxsin müəyyən edilməsinə və onların fəaliyyət göstərməsi üçün şərait yaratmaq;
4.5.İşçilərin yaxın qohumu (valideyniləri, həyat yoldaşı, uşaqları və s.) vəfat etdikdə işçiyə əmək haqqı saxlanılmaqla bir həftə işdən  icazə vermək;
4.6.15 yaşadək əlil uşağı olan ailədə ananın işləyib-işləməməsindən asılı olmayaraq ataya yazılı ərizəsi əsasında, ildə bir dəfə, müəyyən edilmiş müddətdə ödənişsiz məzuniyyət vermək;
4.7.Ailədə uşağın doğulduğu ilk günlərdə ataya əmək haqqı saxlaqılmaqla bir həftə (5 iş günü) işə çıxmamasına icazə vermək;
4.8.Azyaşlı (15 yaşa çatmamış) uşaqları olan işləyən kişilərin növbəti məzuniyyətini bir qayda olaraq ailənin tələbatı nəzərə alınmaqla vermək;
4.9.Müəssisələrin iqtisadi imkanları nəzərə alınmaqla Kollektiv müqavilələrdə qanunvericilikdə nəzərdə tutulduğundan əlavə ödənişli və ödənişsiz məzuniyyətlər nəzərdə tutula bilər.
4.10.Müəssisə və təşkilatlarda iş və istirahət vaxtı barədə normalara riayət olunmasına və işçilərin məzuniyyət hüququndan istifadə edilməsinə həmkarlar ittifaqı komitəsi nəzarət edir.

        V. İşçilərin sosial müdafıəsinin,  sağlamlığının və tibbi xidmətinin yaxşılaşdırılması sahəsində.

5. Sahənin işçilərinin sağlamlığının mühafizəsi, onlar üçün sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, ixtisaslaşdırılmış və keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədi ilə tərəflər  aşağıda göstərilən tədbirlərin kollektiv müqavilələrə daxil edilməsinə çalışdırmalıdırlar:
5.1.Sahənin işçilərinin sağlamlığının mühafizəsi üzərində ictimai nəzarəti gücləndirmək;
5.2. Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinə uyğun olaraq müəssisə və təşkilatlarda mənzilə ehtiyacı olan işçilərin mənzillə təmin edilməsi üçün əlavə tədbirlər görmək;
5.3.İşçilərin uzun müddətli ağır, xroniki xəstəlikləri və keçirilmiş cərrahiyə əməliyyatları ilə əlaqədar müəssisələrin hesabından onlara maddi yardım ayırmaq;
5.4.İşçilərin uşaqları (15 yaşa qədər) uzun sürən ağır xəstəliklər keçirərsə, onlara  maddi   yardım göstərmək;
5.5.Ağır və zərərli iş şəraitində çalışan qadınlara hamiləlik müddətində, əmək haqqı saxlanılmaqla əlavə məzuniyyət vermək;
5.6.Sahə müəssisələrində çalışan qadınların sağlamlığını mühafizə etmək məqsədi ilə:
-  iş rejiminin düzgün təşkilinə, əlavə məzuniyyətlərin və qısaldılmış iş günlərinin verilməsini;
-  hamilə və üç yaşınadək uşaqları olan qadınların öz arzuları ilə nisbətən yüngül işə keçirilməsini təmin etmək;
5.7. Uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarin icrası ilə bağlı monitorinqləri təşkil etmək;
5.8.Dövlət qulluqçularının və onların ailə üzvülərinin və həmçinin digər işçilərin tibbi sığorta olunmasına nail olmaq və bu məsələnin icrası ilə əlaqədar aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaq;
5.9.”İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun icrasına nəzarəti gücləndirmək;
5.10.Qanunvericiliyə uyğun olaraq işəgötürən tərəfindən işçilərin əlavə sığortalanması üçün əməli tədbirlər görmək;
5.11.Dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi ilə əlaqədar müəssisələr və təşkilatlar tərəfindən köçürülən sığorta haqlarının vaxtında tam həcmdə köçürülməsini təmin etmək;
5.12.Sahənin işçilərinin sağlamlığının mühafizəsi üzərində ictimai nəzarəti gücləndirmək;
5.13. Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinə uyğun olaraq müəssisə və təşkilatlarda mənzilə ehtiyacı olan işçilərin mənzillə təmin edilməsi üçün əlavə tədbirlər görmək;

               VI.  Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi texnikivə ekoloji təhlükəsizlik

6. Təhlükəsiz əmək şəraitinin yaradılması və işçilərin sağlamlığının mühafizəsi sahəsində işəgötürənlərin  öhdəlikləri:
6.1.Hər il əmək şəraitinin, istehsalatda baş vermiş zədələnmələrin, peşə və ümumi xəstəliklərin səbəbini araşdırmaq və bunun əsasında istehsalat xəstəliklərinin azaldılması, əməyin təhlükəsizliyini təmin edən profilaktiki tədbirlər planı hazırlamaq;
 6.2.Əməyin mühafizəsi üztə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırilması, təcrübə mübadiləsinin aparılması işlərini davam etdirmək;
 6.3.Qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövrü tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti gücləndirmək;
 6.4. Əməyin mühafizəsi ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanması və qəbul edilməsində birgə fəaliyyəti davam etdirmək;                                                                                                         
 6.5. .Ətraf mühitin qorunması və Ekoloji tarazlığı təmin etmək məqsədi ilə kənd təsərrüfatında istifadə edilən mineral kübrələrin, pestisidlərin normaya uyğun işlədilməsi, saxlanması, daşınması və tətbiqi zamanı müvafiq təlimatlara əməl etmək;
 6.6. Havanın temperaturu azı 41 dərəcə Selsidın çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyən işçilərə fasilələrin verilməsinə və işin dayandırilmasına nəzarəti gücləndirmək;
 6.7.İşçilərə qüvvədə olan normalara uyğun olaraq xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri vermək, onların lazımı qaydada saxlanmasını və profilaktikasını təmin etmək;
 6.8.Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq zərərli və ağır əmək şəraitində çalışan işçilərə əlavə məzuniyyət, qısaldılmış iş günü, müalicə-profilaktik yeməklər (süd və ona bərabər tutulan digər məhsullar) vermək;
 6.9.Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi mənbəyini nəzərdə tutmaq və smetasını təsdiq etmək;
 6.10.Qanunvericiliyə uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şikəst olmuş, ölümlə nəticələnmiş və ya işçinin səhhətinə vurulmuş zərərin əvəzini, habelə müalicə-sağlamlıq müəssisələrində müalicənin dəyərini tam ödəmək;
6.11.Beynəlxalq Əmək Təşkilatı Tərəfindən 2001-ci ildə qəbul olunmuş «Kənd Təsərrüfatında Əməyin təhlükəsiziyi və gigiyenası» barədə 184 saylı Konvensiyanın Respublikada ratifikasiya olunmasına birgə səy göstərmək;
 6.12.Uşaq və yeniyetmələrin (15-18 yaşlarda) əməyindən istifadə olunduqda onların həyat və səhhətinə mənfi təsir göstərən, onların mənafeyinə mənfi təsir göstərən    sahələrdə işləmələrinə yol verməmək.
6.13.İşəgötürənlər və həmkarlar ittifaqı komitələri işçilərdə zədəsiz və qəzasız işləməyə maddi maraq yaratmaq məqsədi ilə maddi həvəsləndirməyə vəsait ayırmağı, əməyin mühafizəsi üzrə əyani vasitələrlə təmin etməyi, təhlükəsizlik qaydalarını pozanları əmək kollektivinin müzakirəsinə çıxarmağı, onları intizam və maddi məsuliyyətə cəlb etməyi öhdələrinə götürürlər.
                             
                                               VII.  Sosial təminatlar və güzəştlər

7. Sahə işəgötürənlərinə və həmkarlar ittifaqı komitələri kollektiv müqavilələrə daxil etmək  üçün aşağıdakı öhdəlikləri götürmək tövsiyə olunur:
7.1.İşçi pensiyaya çıxdıqda iş starjından asılı olaraq ona birdəfəlik maddi yardım göstərmək;
7.2.Müəssisənin iqtisadi vəziyyəti imkan verərsə müharibə iştirakçılarına, həlak olmuş hərbi qulluqçuların ailələrinə, istehsalatda həlak olmuş işçilərin ailələrinə, əlillərə, pensiyaçılara müxtəlif növ sosial yardımlar göstərmək;
7.3.İşçilərə istənilən səbəbdən istifadə edilməmiş əmək məzuniyyətinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə konpensasiya ödənilməsinə nəzarəti davam etdirmək;
7.4.Maliyyə imkanını nəzərə alaraq hərbi xidmətə çağırılmış və hərbi xidməti qurtardıqdan sonra həmin müəssisəyə qayıtmış işçilərə bir aylıq vəzifə maaşı miqdarında müavinət vermək;
7.5.Aztəminatlı ailələrin uşaqlarına məktəbli paltarı və dərs ləvazimatı almaq üçün dərs ilinin əvvəlində köməklik  göstərmək;
7.6.Uşaqların və yeniyetmələrin məktəb tətilləri zamanı sağlamlıq düşərgələrində istirahətinin təşkili ilə əlaqədar müvafiq fondlardan vəsait ayırmaq;
7.7.Qanunvericilikdə nəzərdə tutulanlara nisbətən işçilərə əmək və sosial məişət güzəştləri, istehsalatda bədbəxt hadisələrlə əlaqədar əməkçilərə və onların ailə üzvlərinə əlavə ödənişlər vermək;
        
                          VIII. Sosial tərəfdaşlıq və tərəflərin  fəaliyyətinin əlaqələndirilməsi

8. Tərəflər sosial tərəfdaşlıq sahəsində aşağıdakı məsələlərin həllinə köməklik etməyi qəbul edirlər:
8.1.Kollektiv müqavilələrin bağlanması üzrə danışıqların aparılmasına işəgötürənlərin daha fəal cəlb olunmasına;
8.2.Nazirliyin strukturuna daxil olan müəssisələrdə  sosial əmək münasibətlərinin sosial tərəfdaşlıq prinsipləri əsasında tənzimlənməsinə;
8.3. Nazirliyin və Federasiyanın keçirtdiyi tədbirlərdə  tərəflərin nümayəndələrinin  birgə iştirakının  təmin edilməsinə;
8.3.Kollektiv müqavilələrin bağlanmasına və onun şərtlərinin yerinə yetirilməsinə;
8.4. Nazirliyin tabeliyində olan müəssisələrdə  həmkarlar ittifaqı təşkilatlarının yaradılmasında, işçilərin sosial əmək münasibətlərinin tənzimlənməsində Sahə həmkarlar ittifaqı Federasiyası  kollektiv danışıqlar aparmaq üstünlüyünə malikdir.
8.5.Həmkarlar ittifaqı üzvlərinin əmək haqlarından üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə cədvəl üzrə tutulmasına və həmin aydan gec olmayaraq həmkarlar ittifaqının müvafiq hesablaşma hesabına köçürülməsinə;
8.6.Kollektiv müqavilənin hazırlanıb bağlanmasına dair lazım olan sənədlərin və məlumatların həmkarlar ittifaqı komitəsinə vaxtında verilməsinə;
8.7.Danışıqlarda, iclaslarda və yaxud həmkarlar ittifaqı təşkilatlarının tədbirlərində iştirak edən həmkarlar ititfaqı fəallarının həmin günlər üçün orta əmək haqqının (hər bir nəfər üçün ayda 2 gündən çox olmayaraq) saxlanmasına;
8.8.Həmkarlar ittifaqı komitəsinin fəaliyyəti üçün lazım olan şəraitin yaradılmasına, rabitənin, otaqların əvəzsiz olaraq verilməsinə və onların müəssisənin vəsaiti hesabına vaxtaşırı təmirinin aparılmasına;                                                                                                                                           
8.9.Tərəflər kollektiv müqavilələrlə müəyyən edilmiş məqsədlər üçün müəssisələrdə  işləyən həmkarlar ittifaqı üzvlərinin əmək haqqı fondunun ən azı 0,15 faiz həcmində vəsaitin həmkarlar ititfaqlarına ayırmalar edilməsini tövsiyə edirlər.
8.10.Hər bir tərəf qəbul olunmuş öhdəliklərin icrasını təmin edən tədbirləri hazırlayır və həyata keçirir.
8.11.Kollektiv Sazişin icrasına nəzarəti Tərflərin müvafiq komissiyaları həyata keçirir və nəticələri ilin yekununa görə ümumi iclasda müzakirə edilir.
8.12. Bu Sahə (tarif) Kollektiv Sazişi yeni Saziş bağlanılanadək qüvvədədir.
8.13.Tərəflər sosial-iqtisadi və əmək münasibətləri sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirir, bu sahədə infrastrukturun təkmilləşdirilməsini və birgə əməkdaşlığı təşkil edirlər.
8.14.Bu Sahə (tarif) Kollektiv Sazişi tərəflər imzaladığı gündən qüvvəyə minir və 2012-2014-cü illər üçün bağlanmışdır.
                    


                                                               
                                                                                                
                                                                                                      




Çap et  Çap et