Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkərlar İttifaqı Federasiyası

Kollektiv müqavilələr (nümunə)

                                              ________________________________

                                              ________________________________

                                              ________________________________2015-2017-ci illər üçün


 
                                               K O L L E K T İ V     M Ü Q A V İ L Ə S İ



                                                     I. Ümumi müddəalar.

1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və əmək münasibətlərini tənzmləyən digər qanunvericilik aktlarına uyğun olaraq müəssisə işçilərini sosial təminatlarla əhatə etmək zərurirliyini nəzərə alaraq və ikitərəfli məsləhətləşmələr zamanı əldə edilmiş razılaşmalara riayət olunmasını öhdəlik kimi qəbul edərək ______________________________________________ işəgötürəni və müəssisə həmkarlar ittifaqı komitəsi əmək, sosial-iqtisadi və istehsalat sahəsində münasibətləri tənzimləyən bu kollektiv müqaviləni bağlayırlar.
1.2 İşəgötürən həmkarlar ittifaqı təşkilatını əmək kollektivinin vahid və səlahiyyətli nümayəndəsi kimi qəbul edir.
1.3. Kollektiv müqavilə 3 il müddətinə (2015-2017)-ci illər üçün bağlanılır və tərəflər imzaladığı gündən qüvvəyə minir.
1.4. Kollektiv müqavilə bütün müəssisə işçilərinə şamil edilir və onun normaları işəgötürən və həmkarlar ittifaqı təşkilatı üçün məcburidir.
 1.5. Kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə  qəbul olunan işçilərə də şamil olunur və yeni işə qəbul olunan işçilər işəgötürən tərəfindən kollektiv müqavilə ilə tanış edilir.
1.6. İşəgötürən və HİK kollektiv müqavilə imzalanan andan 10 gün müddətində onun məzmununu müəssisənin bütün struktur bölmələrində çalışan işçilərə  çatdırırlar.
1.7. Müqaviləni imzalamış tərəflər onun qüvvədə olduğu müddətdə üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə birtərəfli qəydada xitam verə bilməzlər. Yalnız bu müqavilənin hər hansı bir müddəasına təsir edən yeni bir qanunvericilik və ya normativ akt qəbul edilərsə qarşılıqlı razılıq əsasında müqaviləyə əlavə və dəyişikliklər oluna bilər.
1.8. Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti - tərəflər, habelə müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Tərəflər Əmək kollektivinə kollektiv müqavilənin yerinə yetirilməsi haqqında ildə bir dəfədən az olmamaq şərti ilə hesabat verirlər.
1.9. ____________________________ iqtisadi və maliyyə vəziyyətinin möhkəmləndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, işçilərin sosail-iqtisadi müdafiəsi üzrə digər tədbirlərin həyata keçirilməsi, işçilərə əlavə güzəşt və təminatların müəyyən olunması məqsədi ilə tərəflər birgə səy göstərməyi öhdələrinə götürürlər:

                                                   II. İqtisadi fəaliyət sahəsində

2.1. _________________________ normal işləməsinə, struktur dəyişmələrinə və idarəetmə islahatlarına yardım göstərməyi;
         2.2. İstehsalın inkişafına yerli və xarici investorları cəlb etdikdə işçilər üçün müəyyən olunmuş təminatlara riayət etməyi;
         2.4. Ciddi qənaət rejiminə əməl edilməsi şərti ilə mənfəət əldə olunmasına və onun hesabına kollektiv üzvlərinin sosial müdafiəsini yüksəltməyi;
2.6. Fərdi əmək mübahisələri komissiyasının qərarlarını yerinə yetirməyi;
2.7. İşə qəbul edilərkən işçini vəzifə (peşə) borcu, əməyin təşkili və ödənişi, iş və istirahət rejimi, təhlükəsizlik texnikası qaydaları və s. ilə tanış etməyi;
2.3. İşəgötürən ilə işçi arasıda əmək müqaviləsi (kontrakt) bağlanarkən  bu prosesdə həmkarlar ittifaqı təşkilatının nümayəndəsinin iştirakını təmin etməyi;
        2.5. Müəssisənin özünə xas xüsusiyyətlərini, iqtisadi imkanlarını və Əmək Məcəlləsinin 31-ci maddəsinin 3-cü bəndinin tələblərini nəzərə alaraq “Sosial paket”də qeyd olunmuş müddaların əmək müqaviləsinə daxil edilməsi üçün işçiyə köməklik göstərməyi;
2.8. Əmək kollektivi bu öhdəlikləri götürür:
- müəssisədaxili intizam qaydalarına dəqiq riayət etməyi, işlərin yerinə yetirilməsi üçün verilmiş maddi texniki vasitələrin saxlanmasını, mühafizəsini və onlardan düzgün və səmərəli istifadəsini təmin etməyi;
- əmək funksiyalarının, vəzifə və tapşırıqların vicdanla yerinə yetirilməsini, istehsalın səmərəliyini qaldırmaq, mənfəət əldə olunması üçün bütün imkan və bacarıqlarını sərf etməyi;
- əmlakın və digər sərvətlərin salamatlığını, işçinin hərəkət və hərəkətsizliyi nəticəsində işəgötürənə vurduğu ziyanın təqsirkar tərəfindən ödənilməsini təmin etməyi;
2.9. Həmkarlar ittifaqı komitəsi kollektiv üzvlərinin sosial müdafiəsini təmin etmək, onlara lazımı həyat səviyyəsi yaradılması üçün fəaliyyətini sosial proqramların həllinə yönəldir, bu məqsədlə aidiyyəti orqanlar qarşısında tələblər qoyur, onu müdafiə edir.

                                           III. Əməyin ödənilməsi, işçilərin gəlirləri.

3.1. İşçilərin gəlirlərinin formalaşmasında razılaşdırılmış siyasətin həyata keçirilməsi məqsədi ilə işəgötürən əməyin ödənilməsi və əmək münasibətlərini tənzim edən aktlara əlavə olaraq aşağıdakı öhdəlikləri götürür:
3.2. Cari əmək haqqının və müavinətlərin vaxtında ödənilməsi üçün təminedici tədbirlər hazırlamağı;
3.3. İşçilərin tarif (vəzifə) maaşlarını Vahid-Tarif-Cədvəli üzrə ödəməyi və iqtisadi imkanları nəzərə alaraq əmək haqqı artımı məsələsinə baxmağı;
3.4. Əmək haqqını ayda bir dəfədən gec olmamaq şərti ilə ödəməyi, işin səmərililiyinin və keyfiyyətinin qaldırılmasında maddi maraq yaradılması məqsədi ilə işçiləri həmkarlar ittifaqı komitəsi ilə razılaşdırmaqla mükafatlandırmaq, onlara maddi yardım göstərməyi;
3.5. İşçilərin əmək haqqını Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan miqdardan aşağı olmamaq şərti ilə vaxtlı-vaxtında ödəməyi;
3.6._________________________________________ əmək haqqının ödənilməsinin forma, sistem və məbləğlərini müstəqil müəyyən edir. Müəssisə üzrə ayrı-ayrı sahələrdə kollektiv əmək müqaviləsi bağlana bilər. Bu zaman əməyin ödənişi qaydası müqavilə üzrə tərəflər arasında razılağa əsasən müəyyən edilir. Respublika qanunvericiliyi ilə müəyyən olunmuş qaydalda iş vaxtından artıq, gecə vaxtı, bayram günlərində görülən işlərə görə əlavə ödəmələr verilməsini;
3.7. Əmək haqqının və gəlirin bölüşdürülməsini səhmdarlarla, müəssisənin həmkarlar ittifaqı komitəsi ilə razılaşdırmağı;
3.8. Həmkarlar ittifaqı büdcəsindən və müəssisə fondundan lazımı hallarda işçilərə maddi yardım, mükafat verilə bilər.
3.9. Həmkarlar ittifaqı komitəsi əməyin ödənilməsi sahəsində qanunvericiliyə düzgün riayət olunmasına nəzarət etməyi, struktur bölmə kollektivlərinin və ayrı-ayrı işçilərin tələb və təklifləri əsasında əməyin ödənilməsinin forma və sistemlərinin təkmilləşdirilməsi üçün tədbirlər görməyi öhdəsinə götürür.

                                IV. İş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında.

4.1. __________________________________ iş vaxtının normal müddəti həftədə 40 (qırx) saatdır, iş gününün başlanması və qurtarması vaxtı müəssisədaxili intizam qaydaları, əmək müqaviləsi və bu kollektiv müqavilə ilə aşağıdakı qaydada müəyyən edilir:
4.2. Müəssisənin bütün bölmələri üçün işçilərə iki istirahət günü, beş günlük iş həftəsi müəyyən olunmuşdur.
İş başlanır- ___________-da, nahar _____________________kimi, iş qurtarır ___________-da.
4.3. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günü rəhbər işçilərə və mütəxəssislərə 30 təqvim günü əsas məzuniyyət verilir.
4.4. Əmək şəraiti zərərli və ağır olan işçilərə əlavə məzuniyyət müvafiq istehsalat, peşə və vəzifələrin Siyahısı əsasında verilir. Tam müddətli əlavə məzuniyyət hüququ işçi həmin iş yerində üst-üstə azı 6 ay işlədikdə əmələ gəlir;
4.5. Əmək stajına görə əlavə məzuniyyət işçinin faktiki olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına əmək qabiliyyətini müvəqqəti itirmə, habelə Azərbaycan Respublikası ƏM-nin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir.
4.6. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 14 yaşınadək 2 uşağı olan, işləyən qadınlara 2 təqvim günü, bu yaşda 3 və daha çox uşağı olan qadınlara, həmçinin 16 yaşınadək əlil uşağı olan qadınlara isə 5 təqvim günü müddətində məzuniyyət verilir.
4.7. Müəssisədə 30 il fasiləsiz iş stajı olan işçilərə 3 gün əlavə haqqı ödənilən məzuniyyət verilir;
4.8. Aşağıdakı işçilərə haqqı ödənilən xüsusi məzuniyyətlər verilir:
- işçinin toyu olduqda - 3 gün;
- övladı anadan olduqda - 3 gün
- yaxın qohumu vəfat etdikdə - 3 gün (vəfat edən başqa yerdədirsə yola sərf olunan vaxt nəzərə alınmır);
- uşağı birinci sinifə gedən valideyinlərdən birinə 1 gün;
4.9. İşçilər məzuniyyətlərin verilmə cədvəlinə uyğun məzuniyyətə buraxılırlar. Cədvəldən kənar məzuniyyət, yalnız sanatoriya göndərişi və istisna hal kimi ehtiyacı olan işçilərə verilir.

                                   V. Əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik

5.1. İşəgötürənin təhlükəsiz əmək şəraiti yaradılması və işçilərin sağlamlığının mühafizəsi sahəsində öhdəlikləri:
5.2. Səhiyyə orqanları tərəfindən müəyyən edilmiş qaydada işçiləri müvafiq olaraq bir sıra peşə xəstəliklərinə tutulmadan sığorta etmək;
5.3. İşçilərə qüvvədə olan normalara uyğun olaraq fərdi mühafizə vasitələri vermək, onların lazımı qaydada saxlanılmasını və profilaktikasını təmin etmək;
5.4. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq zərərli əmək şəraitində işləyən işçilərə pulsuz süd və ya süd məhsulları, əlavə məzuniyyət, qısaldılmış iş günü vermək;
5.5. İş yerlərində əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun olaraq  normal isitməni, təbii və süni işıqlanmanı təmin etmək;
5.6. Müntəzəm olaraq işçilər arasında yanğından mühafizə qaydaları barədə izahat işi aparmaq, istehsalat və yardımçı binaları yanğından mühafizə vasitələri ilə təmin etmək;
5.7.İşçilərin icbari və könüllü tibbi sığortası üçün müvafiq sığorta və tibb müəssisələri ilə müqavilələr bağlanmasını təmin etmək;
5.8. Əməyin mühafizəsi üzrə işçilərin vəzifələri:
- əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş tələbləri öyrənmək, mənimsəmək və onlara riayət etmək;
- verilmiş xüsusi geyim vasitələrində işləmək, fərdi kollektiv mühafizə vasitələrindən istifadə etmək;
- əməyin mühafizəsi qaydalarının bütün pozuntuları barədə, həmçinin baş vermiş qəzalar və hadisələr barədə işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;
5.9. İşəgötürən və həmkarlar ittifaqı komitəsi işçilərdə zədəsiz işləməyə maddi maraq yaratmaq məqsədi ilə maddi həvəsləndirməyə vəsait ayırmağı, əməyin mühafizəsi üzrə əyani vasitələrlə iş yerlərini təmin etməyi, təhlükəsizlik texnikası qaydalarını pozanları əmək kollektivinin müzakirəsinə çıxarmağı, onları intizam və maddi məsuliyyətə cəlb etməyi öhdələrinə götürürlər.

                                                 VI. Sosial təminatlar və güzəştlər    

6.1. İşəgötürən və həmkarlar ittifaqı komitəsi bu sahədə aşağıdakı öhdəlikləri götürürlər:
6.2. İşçilərin mədəni - məişət yaşayış şəraitini daha da yaxşılaşdırmaq üçün vəsait ayırmaq;
6.3. Yaşına, əmək şəraitinə görə pensiyaya çıxması ilə əlaqədar işdən çıxan işçilərə iş stajından asılı olaraq aşağıdakı qaydada birdəfəlik maddi yardım etmək:
- iş stajı 15-25 il olduqda aylıq vəzifə (tarif) maaşının 50%; - 25 ildən yuxarı olduqda - 100% miqdarında;
6.4. Səhmdar Cəmiyyətinin işçisi Respublikanın azadlığı, suverenliyi və ərazi bütövlüyü  uğunda xəsarət alarsa ona 200 manat birdəfəlik maddi yardım göstərmək;
6.5. 3 ildən çox idarədə işləyən işçinin uşağı doğulduqda ona 100 (yüz) manat birdəfəlik yardım göstərmək;
6.6. Uzunmüddətli, vicdanlı və yubileyləri ilə əlaqədar işçilərə aylıq əmək haqqı miqdarında mükafat vermək;
6.7. Müəssisədə işləyən, öhdəsində körpəlikdən əlil uşağı olan ailələrə hər rübdə bir dəfə maddi yardım göstərmək.

                                           VII. Əmək və icra intizamının möhkəmləndirilməsi
                                                                      üçün tədbirlər, işçilərin məsuliyyəti.    


7.1. ____________________________ hər bir işçisi tapşırıqları və əmək funksiyasını vicdanla yerinə yetirməyə, mənfəət əldə edilməsi üçün bütün imkan və bacarığını sərf etməyə, müəssisədaxili intizam qaydalarına riayət etməyə borcludur;
7.2. Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsinə, müəssisədaxili intizam qaydalarına riayət edilməsinə görə işəgötürən tərəfindən işçilər aşağıdakı kimi mükafatlandıra bilərlər:
- pul və ya qiymətli hədiyyə ilə;
- 3 təqvim günü əlavə ödənişli məzuniyyət verilməklə;
- əmək haqqına fərdi əlavə edilməklə;
7.3. İşçi müəssisədaxili intizam qaydalarını pozduqda, əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, müəssisəyə ziyan vurduqda ona aşağıdakı intizam tənbehlərindən biri verilə bilər:
- töhmət;
- sonuncu xəbərdarlıqla şiddətli töhmət;
- aylıq əmək haqqının dörddə biri məbləğində cərimə etmək;
- əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

                                             VIII. Sosial tərəfdaşlıq və tərəflərin fəaliyyətinin
                                                                                       əlaqəlandirilməsi


8.1. Tərəflər sosial tərəfdaşlıq sahəsində aşağıdakı məsələlərin həllinə köməklik etməyi qəbul edirlər:
8.2. Kollektiv müqavilənin yerinə yetirilməsi üzrə struktur bölmə rəhbərlərinin məsuliyyətinin yüksəldilməsinə və əmək münasibətlərinin tərəfdaşlıq prinsipləri əsasında tənziməlnməsinə;
8.3. Həmkarlar ittifaqı üzvlərinin əmək haqlarından üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə cədvəl üzrə tutulmasına və 4(dörd) iş günü müddətində həmkarlar ittifaqının müvafiq hesablaşma hesabına köçürülməsinə;
8.4. Üzvlük haqlarının işçilərin əmək haqqının tərkib hissəsi olduğunu nəzərə alaraq tutulmuş üzvlük haqlarının əmək haqları verilən aydan gec olmayaraq köçürülməsinin təmin olunmasına;
8.5. Kollektiv müqavilənin hazırlanıb bağlanmasına dair lazım olan sənədlərin və informasiyanın vaxtında həmkarlar ittifaqı komitəsinə verilməsinə;
8.6. Danışıqlarda, iclaslarda və yaxud həmkarlar ittifaqı təşkilatının digər tədbirlərində iştirak edən həmkarlar ittifaqı fəallarının həmin günlər üçün orta əmək haqqının (hər bir nəfər üçün ayda 2 gündən çox olmamaqla) saxlanmasına;
8.7. Həmkalar ittifaqı komitəsinin fəaliyyəti üçün lazım olan avadanlıqların, otağın pulsuz verilməsinə və əvəzsiz olaraq onların vaxtaşırı təmirinin aparılmasına;
8.8. Hər bir tərəf qəbul olunmuş öhdəliklərin icrasını təmin edən tədbirləri hazırlayır və həyata keçirir;
8.9. Bu kollektiv müqavilə yeni kollektiv müqavilə bağlananadək qüvvədədir.

  Kollektiv müqaviləni imza etdilər:

_____________________________________             ________________________ Həmkarlar İttifaqı  Komitəsinin sədri
müdiri                                                



_______________________ ____________                   ________________________________

«____»________2015-ci il                                           «_____»________ 2015-ci il




Həmkarlar ittifaqı təşkilatının «_____» _______ 200____-ci il tarixli ümumi yığıncağında təsdiq edilmişdir.





Çap et  Çap et