Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin sentyabr ayının 15-dən 30-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

30.09.2019

-Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının tərkibində Kənd Təsərrüfatı  İşçilərinin Həmkarlar İttifaqı Birliyinin yaradılması barədə   “Kənd-Qida-İş” Həmkarlar İttifaqının  İcraiyyə Komitəsinin  08 b.12 nömrəli  02 sentyabr  2019-cu il tarixli qərarının icrası olaraq 20 sentyabr 2019-cu il tarixdə adı çəkilən qurumun  Təsis Konfransı keçirilmişdir.Konfransda  Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev iştirak və çıxış etmişlər.  Məmmədov Fuad Boris oğlu  Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının tərkibində Kənd Təsərrüfatı  İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri seçilmişdir;

-Federasiyanın nümayəndəsi tərəfindən Yevlax  rayonda vətəndaşların qəbulu keçirilmişdir. Qəbula qələn vətəndaşların şikayətləri diqqətlə dinlənilmiş,zəruri məsləhət və izahatlar verilmişdir.

-Həmkarlar İttifaqı kadr və fəallarının təhsilinin Təqvim Planına əsasən AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil etdiyi ixtisasartırma kursunda Federasiyanın fəalları iştirak etmişdirlər;

-Federasiyanın nümayəndəsi İcra Başçısının dəvəti ilə Zaqatala rayonunda keçirilən Məhsul Bayramında "Beynəlxalq,qoz,fındıq,şabalıd festivalı”nda iştirak etmişdir. Bayram Mərasimi  bir-birindən maraqlı tədbirlərlə davam etmişdir.Bu tədbirlərin təşkilində Sahə Hİ Zaqatala rayon komitəsi və  onun üzv təşkilatları yaxından  iştirak etmişdir ;

 





Çap et  Çap et