"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin iyun ayının 15-dən 30-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.
01.07.2019
- Federasiyanın tədbirlər Planına uyğun olaraq , 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Federasiya və həmçinin Sahə Hİ Gəncə şəhər komitəsi və Qax, Beyləqan Sabirabad,Tərtər,Qusar, Masallı rayon komitələrində və həmçinin üzv təşkilatlardan “Azərsun Holdinq” Şirkətlər Qrupunun müəssisələrində, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, “Aqrolizinq” ASC və s. təşkilatlarda bir sıra tədbirlər, elmi-praktik konfranslar keçirilmişdir;
- 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibəti ilə Sahə Hİ Abşeron Ağdam, Beyləqan, Tərtər, Lənkəran, Salyan,Qusar və s. rayon komitələri, “Gəncə Alimlər Evi”-nin bədii kollektivi “N” saylı Hərbi Hissədə əsgərlərimizə baş çəkmiş və bayram münasibəti ilə onlara mədəni tədbirlər nümayiş etdirmiş və hədiyyələr təqdim etmişlər;
- 2019-cu il üçün Həmkarlar İttifaqı kadr və fəallarının təhsilinin Təqvim Planına əsasən, AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil etdiyi “ Kadr işinin əsasları.Psixoloji aspektlər” və “ Auditoriya həyacanının aradan qaldırılması və natiqlik bacarığı” mövzularında ixtisasartırma kurslarda Federasiyanın HİK sədrləri və ilk təşkilatların fəalları iştirak etmişlər;
- Federasiyanın nümayəndələri Türkiyə Cumhuriyyətinin “TEK-GİDA-İŞ” Sendikasının 16-cı Qurultayında iştirak etmişlər;
- Federasiyanın nümayəndəsi tərəfindən Masallı rayon komitəsinin xidmətində olan təşkilatlara əməli və metodiki köməklik göstərilmişdir.