"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin may ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.
31.05.2019
2019-cu il üçün Həmkarlar İttifaqı kadr və fəallarının təhsilinin Təqvim Planına əsasən, AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil etdiyi “ Hİ həyatının demokratikləşdirilməsi və həmkarlar ittifaqı üzvlərini həmkarlar ittifaqı təşkilatının işinə cəlb edilməsi mövzusunda ixtisasartırma kursunda Federasiyanın HİK sədrləri və ilk təşkilatların fəalları iştirak etmişlər;
- Federasiyanıın Tədbirlər Planına uyğun olaraq Federasiyada və onun üzv təşkilatlarından 28 May Respublika Gününə həsr edilmiş tədbirlər həyata keçirilmişdir;
- Federasiyanın nümayəndəsi AHİK –in nümayəndə heyətinin tərkibində Vyana şəhərində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının 14-cü Qurultayında iştirak etmişdir;
- MDB PAA İştirakçısı olan Dövlətlərdə Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun Bakı Filialının dəstəyi ilə “ İctimai təşkilatların cəmiyyətin həyatında rolu” mövzusunda keçirilən seminarda Federasiyanın nümayəndəsi iştirak etmişdir;
-Federasiyanın məsul şəxsləri və sahə Hİ fəalları “BAKU EXPO CENTER” Mərkəzində təşkil edilmiş 13-cü Kənd Təsərrüfatı sərgisində iştirak etmiş, sərgidə təmsil olunan yerli sahibkarlarla birgə əməkdaşlığa dair danışıqlar aparmışlar;
- Federasiyanın nümayəndəsi Biləsuvar rayonunda vətəndaşların qəbulu, ərizə və şikayətlərin yerində araşdırılması vəziyyətini öyrənmiş, zəruri məsləhət, izahatlar verilmişdir və əməli köməklik göstərmişdir.