Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin may ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

15.05.2019

  - Federasiyanın Tədbirlər planına uyğun olaraq Federasiyada və onun üzv təşkilatlarında  “9 May” Faşizm üzərində Qələbə günü münasibəti ilə   tədbirlər  həyata keçirilmişdir;

 - “Azərsun Holdinq” Şirkətər Qrupunda 9 May Faşizm üzərində Qələbəyə  həsr edilmiş tədbirə Böyük Vətən Müharibəsinin iştirakçıları dəvət olunmuşdurlar. Bu görüşdə veteranlar keçdikləri çətin və şərəfli döyüş  yolundan bəhs etmiş, dünyanın faşizm kimi böyük bir bəladan xilas olunmasından danışmışlar. Tədbirdə müharibə iştirakçılarına “Azərsun Holdinq” Şirkətlər Qrupunun həmkarlar ittifaqı tərəfindən hədiyyələr verilmişdir; 

  -    Federasiya və onun üzv təşkilatlarında ulu öndər Heydər Əliyevin anadan olması ilə əlaqədar  həsr edilmiş tədbirlər həyata keçirilmişdir.  Sahə Hİ Qax, Salyan, Kürdəmir, Saatlı  və həmçinin “ Gəncə Alimlər Evi”,                 “ Azərsun Holdinq “  Şirkətlər   Qrupunun müəssisələri və s. təşkilatlarda  keçirilən tədbirlərdə ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş videoçarxlar nümayiş etdirilmiş və əyani vəsaitlər paylanmışdır;

- Federasiyanın nümayəndələri “BƏT-in 100 illik yubileyi" mövzusunda konfransda iştirak etmişlər;

-2019-cu il üçün Həmkarlar İttifaqı kadr və fəallarının təhsilinin Təqvim Planına əsasən, AHİK-in  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil etdiyi "Həmkarlar ittifaqı rəhbərinin effektiv  qiymətləndirilməsi meyarları” və “Təlimçilər üçün təlim “ mövzularında  ixtisasartırma kurslarda  Federasiyanın  HİK sədrləri və ilk təşkilatların fəalları iştirak etmişlər;

 -   Federasiya ilə Belarusiya Sahə Həmkarlar İttifaqı arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, əməkdaşlığın daha da möhkəmləndirilməsi,təcrübə mübadiləsinin genişləndirilməsi sahəsində tədbirlər çərçivəsində Federasiyanın nümayəndəsi Misk şəhərinə ezam edilimişdir.





Çap et  Çap et