Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin aprel ayının 15-dən 30-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

30.04.2019

     -   Federasiyası ilə Türkiyənin Sahə Həmkarlar İttifaqları arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, əməkdaşlığın daha da möhkəmləndirilməsi,təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi ilə, Türkiyə Cümhuriyyətinin “ ŞƏKƏR-İŞ” Sendikasının nümayəndə heyətinin  Azərbaycana  səfəri təşkil olunmuşdur. Bakıda səfərdə olan Türkiyə Cumhuriyyətinin “Şeker-İŞ” Həmkarlar İttifaqının nümayəndə heyətnin AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevlə görüşü keçirilmişdir;

 -  2019-cu il üçün  Həmkarlar İttifaqı kadr və fəallarının təhsilinin Təqvim Planına əsasən, AHİK-in  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil etdiyi “ Həmkarlar ittifaqı  üzvlüyünün motivasiyası: imkanlar və perespektivlər” mövzusunda ixtisasartırma kursunda Federasiyanın ilk təşkilatların fəalları iştirak etmişlər;

 -  Federasiyanın Tədbirlər Planınna uyğun olaraq, “28 aprel - Ümumdünya əməyin mühafizəsi” günü ilə əlaqədar Federasiya və üzv təşkilatlarda tədbirlər keçirilmişdir. Tədbirdə təşkilatlarda və müəssisələrdə əmək prosesinin səmərələşdirilməsi, sanitariya və məişət otaqların yaradılması, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunması və s. məsələlər müzakirə olunmuşdur.





Çap et  Çap et