Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin fevral ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

15.02.2019

     -   «Kənd-Qida-İş»  Hİ Federasiyası və onun üzv təşkilatlarında Gənclər Günü münasibəti ilə gənclərin həmkarlar ittifaqına cəlb edilməsi, həmkarlar ittifaqı işində fəal iştirak edən gənclərin maddi və mənəvi həvəsləndirilməsi, intellektual səviyyəsinin yüksəldilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi  və s. mövzularda dəyirmi masalar keçirilmişdir;

    - Federasiyanın nümayəndəsi tərəfindən Sahə Hİ Gəncə şəhər komitəsinin    xidmətində olan təşkilatlara əməli və metodiki köməklik göstərilmişdir;

   - Federasiyanın nümayəndələri tərəfindən Sahə Hİ Şamaxı və Saatlı   rayonlarında  həmkarlar ittifaqı üzvlərinin müraciətləri diqqətlə dinlənilmiş, zəruri məsləhət və izahatlar verilmişdir;

-Üzv təşkilatlardan  “European Tobacco-Baku” ASC, “Aqrolizinq” ASC, “MKT İstehsalat-Kommersiya” MMC, Samux DAİM, “Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olan “İntersun  Menecment Company” MMC və s. təşkilatlarda təşkilatı işlərin qurulması, maliyyə fəaliyyətinin aparılması, vətəndaşların müraciətlərinə baxılması və s. məsələlər üzrə metodiki köməklik göstərilmişdir. 





Çap et  Çap et