"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin dekabr ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir
27.12.2018
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında “İlin peşəkar gənci” fəxri adına layiq görülən gənclərin təltifedilmə mərasimi keçirilimişdir.Tədbirdə Federasiya üzrə əməkdə və ictimai fəaliyyətdə fərqlənən, peşəkar fəaliyyət dövründə yüksək bacarıq və qabiliyyətləri ilə fərqlənənlərdir Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC və "Azərsun Holdinq" Şirkətlər Qrupunun gənc mütəxəssisləri təltif olunmuşlar.
- Federasiyanın nümayəndəsi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Təhqiqat Komissiyasının tərkibində Şəmkir rayonunda ilk təşkilatda baş vermiş bədbəxt hadisənin təhqiqində iştirak etmişdir.
- " Kənd-Qida-İş" Hİ Federasiyasına daxil olmuş müraciətlərin araşdırılması ilə əlaqədar, Federasiyanın nümayəndəsi Şəki rayonu üzrə ilk təşkilatlarda vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında və düzgün baxılması vəziyyətini öyrənmiş və əməli köməklik göstərmişdir.