Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin noyabr ayının 15-dən 30-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

30.11.2018

 -  Beynəlxalq Əmək Təşkilatının (BƏT), Beynəlxalq  Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi ilə “Şərqi Avropada və Mərkəzi Asiyada həmkarlar ittifaqlarının maarifləndirilməsi: çıxarılan nəticələr və inkişaf yolları” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.Konfransda Federasiyanın sədri iştirak etmişdir.

 - AHİK-in  "Gender bərabərliyi və qadın problemləri üzrə" Mərkəzin növbəti iclasında Federasiyanın nümayəndəsi iştirak etmişdir;

 - 2018-ci il üçün  Həmkarlar İttifaqı kadr və fəallarının təhsilinin Təqvim Planına əsasən, AHİK-in  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil etdiyi ixtisasartırma kursunda Federasiyanın ilk təşkilatların fəalları iştirak etmişdirlər;       

- İlk təşkilatların  Hİ üzvlük  haqlarının tutulub köçürülməsi, üzləşmə aparılması məqsədi ilə Yardımlı rayonunda yerləşən ilk təşkilatlara  Federasiyasının nümayəndəsi tərəfindən əməli köməklik göstərilmişdir; 

- Sahə Hİ Yevlax rayon komitəsi və o cümlədən bir sıra ilk təşkilatlarda  vətəndaşların qəbulu, onların  müraciətlərinə  vaxtında və düzgün  baxılması vəziyyəti öyrənilmiş və əməli köməklik göstərilmişdir.

 





Çap et  Çap et