Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkərlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin iyul ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

16.07.2018

-Federasiyada 2018-ci ilin I yarımilliyi üzrə hesabatların üzv təşkilatlardan toplanması, təhlili davam etdirilir. Üzv təşkilatlara hesabatların düzgün tərtibatı, vaxtlı-vaxtında təqdim edilməsi, maliyyə fəaliyyətinin səmərəli təşkili və s. sahəsində əməli köməklik göstərilmiş, bu məqsədilə qısamüddətli kurslar təşkil edilmişdir. Bu işləq davam etdirilir;

  -  Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Kənd Təsərrüfatı    Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının birgə "Dayanıqlı inkişaf məqsədləri-iş yerlərində layiqli əməyin təminatı və bu sahədə həmkarlar ittifaqlarının  təsərrüfat rəhbərləri ilə birgə  fəaliyyəti" mövzusunda  05 iyul 2018-ci il tarixində Yevlax rayonunda zona-seminarı keçirilmişdir.   Seminarı “Kənd-Qida-İş”Hİ Yevlax   rayon komitəsinin sədri  Famil Əzizov  açaraq, seminar iştirakçılarını salamladı  və onlara seminarın işində uğurlar arzuladı.  

Seminarda Federasiyanın sədr müavini Təhmasib Əliyev məruzə ilə çıxış edərək, Respublikamızda əmək münasibətlərinin təkmilləşdirilməsi, bu sahədə işçilərin qanuni hüquq və mənafelərinin təmin edilməsi üçün Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq münasibətlərinin genişləndirilməsini, layiqli əməyin hər hansı ayrı seçkilik istisna olmaqla insanın azad, bərabər, təklükəsiz və ləyaqətinə hörmət şəraitində əmək hüquqlarına təminat verməsini qeyd etmiş. Azərbaycan höküməti ilə Beynəlxalq əmək təşkilatı arasında əməkdaşlıq çərçivəsində 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsində  həmkarlar ittifaqlarının rolu, vəzifələri,iştirakı və həyata keçirəcəkləri tədbirlər haqqıda məlumat vermişdir.   

Daha sonra Federasiyanın sosial-iqtisadi müdafiə və mədəni kütləvi işlər üzrə şöbənin müdiri Vaqif Əliyev "Kollektiv müqavilənin hazlrlanması, bağlanması və yerinə yetirilməsi əsas prinsiplər"mövzusunda çıxış  etmişdir.  Federasiyanın Baş texniki əmək müfəttişi Anar Tağıyev " Əməyin mühafizəsi:xüsusən həssas təbəqə gənc işçilər" və  əməyin mühafizəsində gənc işçilərin problemləri,həmkarlar ittifaqlarının qarşısında  duran  vəzifələr barədə seminar iştirakçılarını məlumatlandırdı. Seminarda Yevlax  rayon İcra Hakimiyyətinin məsul işçisi Həsən Abdullayev  Dayanıqlı inkişaf  məqsədləri-iş yerlərində layiqli əməyin təminatı  və  ölkədə gedən islahatların nəticəsində  rayonda görülən işlər barədə məlumat verdi.   Yevlax rayon Kənd Təsərrüfatı  İdarəsinin bitkiçilik sektorunun müdiri Abbasəli Rüstəmov kənd təsərrüfatı sahəsində rayonda görülən işlər o cümlədən kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin artırılması, onun forma və metodunun təkmilləşdirilməsi, son illərdə aqrar sahədə keçirilən institusional islahatlar barədə  ətraflı məlumat verdi.Seminarda - 8 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini  Məmməd Bayramov  əməkqanunvericiliyinin tətbiqi,əməyin mühafizəsi sahəsində zonada görülən işlər barədə çıxış etdi.    Seminarın gedişində  Yevlax ,Bərdə , Ağdaş rayonlarının  təsərrüfat rəhbərləri,fermərlər, həmkarlar ittifaqları fəalları və texniki  təhlükəsiz üzrə mütəxəssisləri  də iştirak  və çıxış etdilər.  Seminarın  sonunda  iştirakçıların sualları  dinlənildi və onları maraqlandıran bütün məsələlərə  mütəxəsislər tərəfindən aydınlıq gətirildi.

        - Federasiyasının üzv təşkilatlarına AR Əmək Məcəlləsinin 233-cü maddəsi və məcəlləyə     2-ci əlavənin 1-ci şərtinə əsasən havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular  olmayan örtülü binalarda , otaqlarda və digər  iş yerlərində bütün növ işlərin  dayandırılması və işçilərə sərinləşmək üçün imkan yaradılması məqsədi ilə  fasilələr verilməsi  barədə müvafiq tövsiyyələr verilmiş və məsələlər nəzarətdə saxlanılır.            





Çap et  Çap et