Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin iyun ayının 15-dən 30-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

01.07.2018

         -  Federasiyanın tədbirlər Planına uyğun olaraq , 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Federasiya və həmçinin  Sahə Hİ Qəbələ, Quba , Sabirabad,  və Ağcabədi  rayon komitələrində və  həmçinin üzv təşkilatlardan “Azərsun Holdinq” Şirkətlər Qrupunun müəssisələrində, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC," Aqrolizinq" ASC, Aqrar Elm Mərkəzi  və s. təşkilatlarda bir sıra tədbirlər, elmi-praktik konfranslar keçirilmişdir;

- Ramazan Bayramı münasibəti ilə əlaqadar Kənd Təsərrüfatı Nazirliyi,"European Tobacco-Baku" ASC, Meliorasiya və Su Təsarrüfatı ASC, "Azərsun Holdinq" Şirkətlər Qrupunun idarə va müəssisələrin həmkarlar ittifaqi komitələrinda, Saha Hİ Salyan, Masallı, Kürdəmir, Gəncə şəhər komitəsi  və s. rayon komitələrinda bir sıra tədbirlər keçirilmişdir;

- Silahlı Qüvvələrin 100 illiyi  26 iyun Azərbaycan Respublikasının Silahlı  Qüvvələr günü münasibəti ilə əlaqədar   Sahə Hİ Abşeron ,  Ağdam, Qax, Lənkəran, Tovuz,Tərtər və s. rayon komitələri, “Gəncə Alimlər Evi”-nin bədii kollektivi “N” saylı Hərbi Hissədə  əsgərlərimizə baş çəkmiş və bayram münasibəti ilə onlara mədəni tədbirlər nümayiş etdirmiş və hədiyyələr təqdim etmişlər; 

- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Kənd Təsərrüfatı Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının birgə "Dayanıqlı inkişaf məqsədləri-iş yerlərində layiqli əməyin təminatı və bu sahədə həmkarlar ittifaqlarının təsərrüfat rəhbərləri ilə birgə fəaliyyəti " mövzusunda  Quba şəhərində zona-seminarı keçirilmişdir.

 





Çap et  Çap et