Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkərlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin iyun ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir

20.06.2018

- 1 iyun uşaqların beynəlxalkq müdafiə günü münasibəti ilə  “Azərsun Holdinq” Şirkətlər Qrupunun  Mədəniyyət Mərkəzində   Holdinqə daxil olan müəssisələrin Həmkarlar İttifaqı Komitələrinin təşkilatçılığı ilə tədbirlər keçirilmişdir. İşçilərin ailə üzvlərinin  də qatıldığı həmin Tədbirlərdə müxtəlif konsert proqramları, tamaşalar təşkil edilmiş, sonda aztəminatlı ailələrin övladlarına hədiyyələr verilmiş, maddi köməkliklər göstərilmişdir;

  - 5 iyun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibəti ilə Bakı Biznes Mərkəzində elmi-praktiki konfrans keçirilmişdir. Konfransadan əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini yad etmişlər.Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək  məzarı üstünə gül dəstələri qoyulmuşdur. Tədbir Şəhidlər xiyabanının  ziyarət etdilməsi  ilə başa  çatmışdır.

Elmi-praktiki konfransı giriş sözü ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə açaraq  ölkədə meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük və tarixi xidmətləri olduğunu qeyd edərək deyib ki, qədim suvarma əkinçiliyi ölkəsi olan respublikamızda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da, əsas inkişafa ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunub. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət alıb, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilib, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artıb. 1993-cü ildə ulu öndərin yenidən hakimiyyətə qayıdışı sayəsində meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoyub, bu sahəyə diqqət və dövlət qayğısı bərpa olunub, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alınıb, ondan daha səmərəli istifadə olunması yolları və gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. Onun göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar, ilk növbədə, bu sahənin inkişafına yönəldilib, meliorasiya və su təsərrüfatı sahəsi özünün yeni, dayanıqlı inkişaf mərhələsinə qədəm qoyub.

 Ə.Əhmədzadə qeyd edib ki, son dövrlərdə 127 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib. Mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yax- şılaşıb, 4 min 17 kilometr suvarma kanallarının, 2 min 486 kilometr kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikinti işləri həyata keçirilib, 379 min hektar suvarılan torpaqların su təminatı və 256 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb. Həmçinin 1960 subartezian quyusu qazılıb, sel və daşqınlara qarşı dağ çaylarında 200 kilometrə yaxın sahilbərkitmə, Kür-Araz çaylarında isə 900 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi və hündürləndirilməsi işləri yerinə yetirilib.

Konfransda Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev çıxış edərək, AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyevin Peşə bayramı münasibəti ilə Təbrik məktubunu iştirakçıların diqqətinə çatdırdı. T.Quliyev daha sonra Federasiya tərəfindən su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşın təltif edildiyini bildirərək, sahə zəhmətkeşlərini bir daha təbrik etdi və işlərində yeni-yeni uğurlar arzuladı.

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov bu sahəyə göstərilən dövlət qay- ğısından danışıb. Prezidentin köməkçisi dövlətimizin başçısının bir qrup su təsərrüfatı və meliorasiya işçisinin təltif edilməsi barədə sərəncamını oxuyub. Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov meliorasiya və su təsərrüfatı sahəsində görülən işləri yüksək qiymətləndirib. Elmi-praktiki konfransın sonunda iştirakçıların adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.





Çap et  Çap et