"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin may ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir
01.06.2018
- Federasiyanın Tədbirlər planına uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi - 28 may Respublika günü münasibəti ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, " European –Tobacco-Baku"ASC və s. təşkilatlarda, Sahə Hİ Qax, Quba, Salyan, Abşeron və s. rayon komitələrində bir sıra tədbirlər keçirilmişdir;
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar geniş iclas keçirilmişdir.İclasda Federasiyanın nümayəndələri və üzv təşkilatların fəalları iştirak etmişdilər.
- Federasiyanın nümayəndələri “BAKU EXPO CENTER” Mərkəzində təşkil edilmiş XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgilərində iştirak etmiş, sərgidə təmsil olunan yerli sahibkarlarla birgə əməkdaşlığa dair danışıqlar aparmışlar;
- Minsk şəhərində Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə Beynəlxalq Birliyinin Məsləhətləşmə Şurasının ( МОАП) növbəti iclası keçirilmişdir. İclasın işində “Kənd-Qida-İş” Hİ Federasiyasının nümayəndələri iştirak və çıxış etmişlər. Tədbirdə Həmkarlar İttifaqlarının Beynəlxalq Birliyinin Məsləhətləşmə Şurasının (МОАП) fəaliyyəti və digər gündəlikdə olan məsələlər müzakirə olundu.
Beynəlxalq Həmkarlar İttifaqında səmərəli fəaliyyətinə görə, Quliyev Tofiq Rəhman oğlu, Belarus Aqrar Sənaye Kompleksi İşçilərinin Həmkarlar İttifaqının “xidmətlərə görə” medala ilə təltif edilmişdir.Həmçinin Belarus Aqrar Sənaye Kompleksi İşçilərinin Həmkarlar İttifaqı və “Kənd-Qida-İş” Hİ Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdı.Daha sonra, tədbir iştirakçıları istehsalatla bağlı təcrübə mübadiləsi məqsədilə Minsk şampan şərabları zavoduna və “Snov Agrokombinatı” ilə tanış oldular.