"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin mart ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.
02.04.2018
-Sahə üzrə aztəminatlı ailələrin övladlarının “Novruz” bayramı münasibəti ilə təşkil edilmiş şənliklərdə iştirakı təmin olunmuşdur;
- “Novruz” bayramı münasibəti ilə üzv təşkilatlarda bir sıra tədbirlər keçirilmişdir. Sahə Hİ Ağdam, Ağstafa, Quba,Neftçala, və s. rayon komitələri xidmətlərinə daxil olan ilk təşkilatlarda birlikdə bayram münasibəti ilə, hərbi hissələrə baş çəkmiş, vətənimizin keşiyində duran əsgərlərimizə bayram sovqatları təqdim etmişlər;
- "31 Mart” Azərbaycanlıların soyqırımı”nın 100-cü ildönümü ilə əlaqədar Federasiya və üzv təşkilatlarında anım mərasimləri keçirilmişdir.
- Sahəyə daxil olan müvafiq icra hakimiyyət orqanları ilə növbəti illərə Sahə (tarif) Kollektiv Sazişləri bağlanması üzrə danışıqların aparılması və yeni Sazişin bağlanılması üzrə komissiya yaradılmışdır.