Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin sentyabr ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

15.09.2017

-        Qurban bayramı münasibəti ilə Federasiya və üzv təşkilatlar tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
      
- “Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olan müəssisələrinin Həmkarlar İttifaqı Komitələri tərəfindən dərs ilinin başlanması ilə əlaqədar aztəminatlı ailələrin uşaqlarına məktəbli geyimlərinin və məktəb ləvazimatlarının alınması təmin edilmişdir;

- Federasiyanın nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə “Dayanıqlı inkişaf: Həmkarlar ittifaqlarının vəzifələri və perspektivləri” mövzusunda seminarda iştirak etmişdirlər.

- Beynəlxalq Əmək Təşkilatının həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri üçün "İş yerlərinin əməyin mühafizəsi normalarına uyğunlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Həmkarlar İttifaqlarının rolunun artırılması" mövzusunda tədris seminarında Federasiyanın nümayəndəsi iştirak edib.





Çap et  Çap et