Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş" Hİ Federasiyası üzrə cari ilin iyun ayının 15-dən 30-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir

29.06.2017

     - İyun ayının 20-də, Moskva şəhərində Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə  Beynəlxalq Birliyinin Konfransı keçirilmişdir. Konfransın işində “Kənd-Qida-İş” Hİ Federasiyasının sədr müavini  Təhmasib Əliyev və Maliyyə şöbəsi müdirinin müavini Rüfət Bürcəliyev    iştirak etmişlər.
Konfransda  Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə  Beynəlxalq Birliyinin ötən dövr ərzində gördüyü işlərə dair hesabatı dinlənilmiş, seçkili orqanlarının tərkibi təsdiq edilmiş,  2017-2022-ci illər üçün fıaliyyətinin əsas istiqamətləri qəbul olunmuş və s. məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. 
Konfransda Aqapova Nataliya Aqrar Sənaye Həmkarlar İttifaqlarının MDB ölkələri üzrə  Beynəlxalq Birliyinin sədri, Quliyev Tofiq sədrin müavini, Rüfət Bürcəliyev Beynəlxalq Birliyinin Təftiş Komissiyasının üzvü seçilmişdir.
Beynəlxalq Həmkarlar İttifaqında səmərəli fəaliyyətinə görə, Quliyev Tofiq Rəhman oğlu Ümum Həmkarlar İttifaqları Konfederasiyasının 25 illik Yubileyi münasibəti ilə “ÜHİK-in 25 illiyi” Gümüş Döş Nişanı ilə təltif edilmişdir;
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının birgə “Kənd təsərrüfatı və emal müəssələrində əmək münasibətlərinin tənzimlənməsi,kollektiv müqavilənin əhəmiyyəti,sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və bu sahədə profilaktik tədbirlər” mövzusunda 22 iyun 2017-ci il tarixində Saatlı şəhərində növbəti zona seminarı keçirmişdir. 
        Seminarda Saatlı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi,14 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi və Federasiyanın məsul işçiləri iştirak etmişdir. Seminarı “Kənd-Qida-İş” Hİ Saatlı rayon komitəsinin sədri Zamanəli Dəmirov açaraq,seminar iştirakçılarını salamladı və onlara seminarın işində uğurlar arzuladı.Giriş sözü ilə Federasiyanın şöbə müdiri Vaqif Əliyev çıxış edərək regionlarda sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi,fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi,sahibkarlığın inkişafı,infostruktur Layihələrin həyata keçirilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına müsbət təsirindən danışdı.İşçilərin əmək şəraitinin yaxşılaşdırılması,əməyin mühafizəsi,əmək haqqı və digər sosial müdafiə tədbirləri işəgötürənlərlə işçilər arasında əmək münasibətlərini tənzimləyən kollektiv müqavilə və sazişin hazırlanması,bağlanması və təmin edilməsi çox böyük əhəmiyyət kəsb edir.Saatlı rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Ağa Əsədov aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi islahatları barədə geniş məlumat vermişdir.Seminarda 14 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi Əliyar Əmirov əmək qanunvericiliyinin tətbiqi,əməyin mühafizəsi sahəsində zonada görülən işlər barədə məlumat vermişdir.
       Daha sonra Federasiyanın Baş texniki əmək müfəttişi Anar Tağıyev “Müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında profilaktiki tədbilərin əhəmiyyəti”  mövzusunda məruzəsi dinlənildi.Həmkarlar İttifaqlarının qarşısında duran vəzifələr barədə seminar iştirakçılarını məlumatlandırdı.
    Seminarın gedişində Sahə Hİ Sabirabad, İmişli və Şirvan şəhər həmkarlar ittifaqları fəalları və texniki təhlükəsizlik üzrə mütəxəssislər də iştirak etmişdirlər.Seminarda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırıldı və seminarın sonunda tədbir iştirakçılarına yeni normativ hüquqi qanunlar paylanıldı. 
     Federasiya bu mövzuda ayrı-ayrı zonalarda seminarların keçirilməsini nəzərdə tutmuşdur.            
- 26 iyun Azərbaycan Respublikasının Silahlı  Qüvvələr günü münasibəti ilə Sahə Hİ Abşeron , Qusar, Ağdam, Qax və s. rayon komitələri, “Gəncə Alimlər Evi”-nin bədii kollektivi “N” saylı Hərbi Hissədə  əsgərlərimizə baş çəkmiş və bayram münasibəti ilə onlara mədəni tədbirlər nümayiş etdirmiş və hədiyyələr təqdim etmişlər; 
- - Kənd Təsərrüfatı Nazirliyi,'European Tobacco-Baku" ASC, Meliorasiya və Su Təsarrüfatı ASC, "Azərsun Holdinq" Şirkətlər Qrupunun idarə va müəssisələrin həmkarlar ittifaqi komitələrinda, Saha Hİ Qəbələ, Salyan, Masallı, Kürdəmir və s. rayon komitələrinda Ramazan Bayramı münasibəti ilə əlaqadar bir sıra tədbirlər keçirilmişdir;





Çap et  Çap et