Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari noyabr ayının 15-dən 30-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

30.11.2016

-

  -  Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası ( BHİK) Pan Avropa  Regional Şurasının ( PARŞ) və Beynəlxalq Əmək Təşkilatının Moskva ofisinin təşkilatçılığı ilə  “ Əməyin mühafizəsi, istehsalat təhlükəsizliyi , ekoloji risk və təhlükələrə dair  həmkarlar ittifaqları siyasətinin əsas istiqamətləri” mövzusunda seminar keçirilmişdir. Seminarda Federasiyanın nümyəndəsi iştirak etmişdir.

-  Federasiyanın növbəti VI Məclisi keçirilmişdir.Məclisin gündəliyində sahə həmkarlar ittifaqı üzvlərinin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi yönündə görülən işlər və qarşıda duran vəzifələr, təşkilatın 2016-cı il üzrə büdcəsinin yerinə yetirilməsinin vəziyyəti və 2017-ci il büdcə layihəsinin təsdiq edilməsi və digər məsələlər dururdu.
       Məclisi Federasiyanın sədri Tofiq Quliyev açaraq  regionlarda geniş infrastruktur layihələrin həyata keçirilməsi, yeni müasir kənd təsərrüfatı və qida sənayesi müəssisələrinin işə salınması, yeni iş yerlərinin açılması nəticəsində əhalinin bölgələrdən axın dinamikası səngimişdir. Müasir, innovativ texnologiyalar tətbiq olunmuşdur. Pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin sürətli inkişafı üçün tədbirlər müəyyən edilmişdir. Kənd təsərrüfatı sahəsində institusional islahatların aparılması, yeni istehsal və emal müəssisələrinin yaradılması, əlavə iş yerlərinin açılması, təbii ki, sahə həmkarlar ittifaqının qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələr sırasında işçilərin həyat səviyyəsinin yüksəldilməsi, onların qanuni mənafelərinin qorunması, layiqli əmək və təhlükəsiz, sağlam iş şəraiti ilə təmin edilməsi önəmli yer tutur.
      Gündəlikdə duran I məsələ barədə Federasiyanın sədr müavini Təhmasib Əliyev məruzə etdi. Məruzədə qeyd edilmişdir ki,Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Layiqli Əmək üzrə Ölkə Proqramı və Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üştərəfli Komissiyanın yaradılması barədə sənəd imzalanmışdır.
Əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi, iş şəraitinin yaxşılaşdırılması, işəgötürənlərin işçilərlə əmək müqavilələri bağlanmasının təmin edilməsi baxımından həyata keçirilən tədbirlərdə sahə həmkarlar ittifaqı Federasiyası da yaxından iştirak edilməsindən danışmışdır.     
      Məclis müzakirə olunan məsələyə dair müvafiq qərar qəbul etdi. Sonra gündəlikdə duran II məsələ müzakirə edilərək təsdiq olundu. Məclisin sonundə Federasiyanın sədri Tofiq Quliyev idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verdi və 2016-cı ildə "Məhsul" KKİC Respublika Şurasının respublika və beynəlxalq yarışlarda nailiyyətlər qazanmış idmançılarına və onların məşqçi müəllimlərinə, eləcə də “Məhsul" KKİC Respublika Şurasının sədri Rasim Əliyevə Federasiyanın diplomunu və pul mükafatını təqdim etdi;
-  Federasiya tərəfindən Sahə Hİ  Ağsu rayon komitəsi və onun xidmətində olan müəssisə və təşkilatlarda maliyyə işlərinin vəziyyəti araşdırılmış və əməli köməklik göstərilmişdir.
    





Çap et  Çap et