Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari sentyabr ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

16.09.2016


   -  Federasiyanın nümayəndəsi  Beynəlxalq Əmək Təşkilatının (BƏT) maliyyə dəstəyi ilə hazırlanmış "BƏT-in 204 saylı Tövsiyyəsinin izahı və tətbiq olunması, qeyri-formal iqtisadiyyat sahəsində həmkarlar ittifaqının siyasəti" kitabının təqdimatına həsr edilmiş Tədbirdə iştirak etmişdir;

   -  Təşkilatı məsələlər üzrə əməli köməklik göstərilməsi məqsədi ilə, Federasiyanın mütəxəssisləri  Ağdam, Ağcabədi, Füzuli, Tərtər, Bərdə, Yevlax, Balakən, Zaqatala, Qax, İmayıllı, Qəbələ, Oğuz, Goranboy, Ağstafa, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir, Biləsuvar, Şirvan, Netçala, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında və Gəncə şəhərində     işgüzar görüşlər keçirmişlər;  

  -   Federasiyanın nümayəndəsi Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Pan-Avropa Regional Şurasının Bakıda keçirilmiş gənclərin məşğulluğunun yeni formaları üzrə beynəlxalq Konfransında iştirak etmişdir;

  -    “Azərsun Holdinq” Şirkətlər Qrupuna daxil olan müəssisələrinin Həmkarlar İttifaqı Komitələri tərəfindən dərs ilinin başlanması ilə əlaqədar aztəminatlı ailələrin uşaqlarına məktəbli geyimlərinin və məktəb ləvazimatlarının alınması təmin edilmişdir;

 - Qurban bayramı münasibəti ilə Federasiya və üzv təşkilatlar tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.                                        





Çap et  Çap et