"Kənd-Qida-İş"Hİ Federasiyası üzrə cari ilin iyul ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.
01.08.2016
- Federasiya tərəfindən 2016-cı ilin I yarımilliyi üzrə hesabatların düzgün və tam tərtib edilməsi və həmçinin maliyyə fəaliyyətinin həyata keçirilməsi məsələlərinə həsr edilmiş qısamüddətli kurslar yekunlaşdı. Hesabatlar AHİK-ə təqdim olundu ;
- Federasiyanın xidmətinə daxil olan bir sıra təşkiltlarda AR Əmək Məcəlləsinin 233-ü maddəsinin və Məcəlləyə edilmiş 2-ci əlavənin şərtlərinin yerinə yetirilməsi üzrə monitorinqlər aparılmış, havanın temperaturu 41 dərəcə Seisidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində iş şəraitinin yaradılması sahəsində maarifləndirici tədbirlər həyata keçirilmişdir;
- Fedirasiyanın nümayəndəsi və Hİ fəalları AHİK-in “Həmkarlar ittifaqına üzv ol !” mövzusunda Şəki rayonunda keçirilən zona seminarında iştirak etmişdir;
- Referendum üzrə ilkin təşəbbüs qrupu yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi üzrə yığıncaq keçirilmişdir. Həmin yığıncağda “Vətəndaş cəmiyyəti” referendum üzrə təşəbbüs qrupuna nümayəndələr seçilmişdir.