Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

Kənd-Qida-İş Hİ Federasiyası üzrə cari ilin may ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

04.06.2015

        - Federasiyanıın Tədbirlər Planına uyğun olaraq Federasiyada və onun üzv təşkilatlarından  28 May Respublika Gününə həsr  edilmiş tədbirlər həyata keçirilmişdir;
       -   Federasiyanın nümayəndələri  “BAKU EXPO CENTER” Mərkəzində təşkil ediımiş 21-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi  və    9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgilərində iştirak etmiş, sərgidə təmsil olunan yerli  sahibkarlarla birgə əməkdaşlığa dair danışıqlar aparmışlar;                      
       -  AHİK-in, H.Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevanın layihəsi əsasında “Ümumrespublika yaşıllaşdırma  marafonu”na qoşulmaq barədə müraciəti çərçivəsində üzv təşkilatlarda aksiyalar keçirilmiş,   Sahə Hİ Quba, Qazax, Lənkəran, Xaçmaz, Şamaxı, Yevlax, Qax, Abşeron və s. rayon təşkilatları iməciliklər təşkil etmiş, rayonun görkəmli ərazilərində  eldar şamı, cökə, vələs, şabalıd və müxtəlif gül kolları  əkilməsinə nail olmuşlar.
      - Federasiyanın mütəxəssisləri tərəfindən İlk təşkilatlara kollektiv müqavilələrin hazırlanması və bağlanması sahəsində əməli köməkliklər göstərilmişdir.





Çap et  Çap et