Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş" Hİ Federasiyası üzrə cari ilin may ayının 01-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

18.05.2015

    -Federasiyanıın Tədbirlər planına uyğun olaraq Federasiyada və onun üzv təşkilatlarında 9 May Faşizm üzərində Qələbənin  70 illiyinə  həsr edilmiş tədbirlər həyata keçirilmişdir;
 
    - “Azərsun Holdinq” Şirkətər Qrupunda 9 May Faşizm üzərində Qələbənin 70 illiyinə  həsr edilmiş tədbirə Böyük Vətən Müharibəsinin iştirakçıları dəvət olunmuşdurlar. Bu görüşdə veteranlar keçdikləri çətin və şərəfli döyüş  yolundan bəhs etmiş, dünyanın faşizm kimi böyük bir bəladan xilas olunmasından danışmışdırlar. Tədbirdə müharibə iştirakçılarına “Azərsun Holdinq” tərəfindən hədiyyələr verilmişdir;
 
    -    Sahə Hİ Gəncə Şəhər Komitəsi tabeliyində olan müəssisə və  təşkilatlarda müharibə iştirakçıları ilə görüşlər keçirmişdir;                
    -    Federasiya və onun üzv təşkilatlarında ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr edilmiş tədbirlər həyata keçirilmişdir.  Sahə Hİ Qax, Salyan, Yevlax, Beyləqan, Ağdaş, Abşeron və s. rayon komitələri tərəfindən keçirilən tədbirlərdə ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş videoçarxlar nümayiş etdirilmiş və əyani vəsaitlər paylanmışdır.





Çap et  Çap et