Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş" Hİ Federasiyası üzrə cari ilin aprel ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

15.04.2015

       -  10 aprel “İnşaatçılar günü” peşə bayramı münasibəti ilə “Azəraqrartikinti” ASC  ilə  birgə  tədbirlər həyata keçirilmiş, inşaat sahəsində  xidmətlərinə görə bir qrup işçilər Federasiya tərəfindən təltif edilmişdir;

       -  Şəmkir rayonunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilmiş “2015-ci il Kənd Təsərrüfatı ili” çərçivəsində  “Yerlərdə sahibkarlıq fəaliyyətin  inkşafı və kooperativlərin yaradılmasına dəstək verilməsi” mövzusuna həsr edilmiş Tədbirdə Sahə Hİ Qazax rayon komitəsinin sədri Fərhad  Qocamanov çıxış etmiş və bu sahənin inkişaf etdirilməsinə dair təkliflər irəli sürmüşdür;  

       -  “Azərsun Holdinq” Şirkətlər Qrupunda  “Xəyal Adası” kompleksində yerləşən  “SABİS SUN” Beynəlxalq Məktəbinin təqdimetmə mərasimi keçirilmişdir. Azərbaycanda  Beynəlxalq Məktəblər Şəbəkəsinin tərəfdaşı olan Azərsun Holdinq” Şirkətlər Qrupunun rəhbəri Abdolbari Goozal çıxış edərək qeyd etdi ki, dünyanın 16 ölkəsində 60 məktəb ilə xidmət göstərən SABIS SUN sentyabr ayından Bakıda fəaliyyətə başlayacaq və inanırıq ki, Azərbaycan təhsilinin inkişafına öz töhfəsini verəcəkdir. Tədbirdə  Federasiyanın sədri   iştirak və çıxış etmişdir;
    
      -  Federasiyanın tədbirlər planına uyğun olaraq, Hidrogeoloji-Meliorativ Xidmət İdarəsində BƏT-in təşəbbüsü əsasında hər il qeyd edilən 28 Aprel “Ümumdünya Əməyin mühafizəsi günü“ nə həsr edilmiş tədbir keçirilmişdir.        





Çap et  Çap et