"Kənd-Qida-İş" Hİ Federasiyası üzrə cari ilin yanvar ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.
02.02.2015
- Federasiya və onun üzv təşkilatlarında “20 Yanvar” faciəsinin 25-ci ildönümü münasibəti ilə anım tədbirləri keçirilmişdir;
- Federasiyada üzv təşkilatların kadr və fəallarının illik büdcə və statistik hesabatlarının tərtibi, hesabatlarda edilmiş dəyişikliklərin mənimsənilməsinə dair maarifləndirilməsi məqsədi ilə qısamüddətli kurslar təşkil edilmişdir;
- Federasiyanın nümayəndələri “İmişli Şəkər İstehsalat Birliyi” MMC-də
əmək qanunvericiliyinə riayət edilməsi vəziyyəti ilə tanış olmuş, bu sahədə əməli köməklik göstərmişlər;
- "Kənd-Qida-İş" Hİ Federasiyasının aparat işçilərinin tibbi sığortası həyata keçirilmişdir.