Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkərlar İttifaqı Federasiyası

Xəbərlər

"Kənd-Qida-İş" Hİ Federasiyası üzrə cari ilin dekabr ayının 15-dən 30 -dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

30.12.2014

 - “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının IV Məclisi keçirilmişdir. Məclisdə Federasiya ilə mərkəzi icra hakimiyyəti orqanları arasında 2012-2014-cü illər üçün bağlanmış Sahə (tarif) Kollektiv Sazişlərinin yerinə yetirilməsi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
     Məruzə ilə çıxış edən Federasiyanın sədr müavini T.Əliyev  qeyd etmişdir ki,işçiləri təmsil edən, onların mənafelərinin müdafiə edən Sahə həmkarlar ittifaqı  sosial dialoqun aparılmasında həmişə beynəlxalq təcrübəyə,  Beynəlxalq Əmək Təşkilatının bu sahəyə aid  konvensiyalarına, AR Əmək Məcəlləsinə, sosial tərəfdaşlıq məsələlərini  özündə əks etdirən digər vacib normativ-hüquqi aktlara, “Həmkarlar ittifaqları haqqında” və “İctimai birliklər haqqında” AR qanunlarına istinad edərək sosial dialoqun genişləndirilməsi və inkişaf etdirilməsi sahəsində müntəzəm tədbirlər həyata keçirir.
Belə ki, Sahəyə daxil olan təsərrüfat və icra hakimiyyəti orqanları ilə danışıqlar apararaq, müvafiq sahənin sosial-iqtisadi inkişaf istiqamətlərini, peşə qruplarını,  işçilərin əmək şəraiti, əmək haqqı və sosial təminatlarını müəyyən edən-Sahə (tarif) Kollektiv Sazişlərinin bağlanması  işini davam etdirmişdir.
     Məclisdə «Məhsul» Kənd Könüllü İdman Cəmiyyəti Respublika Şurasının yetirmələrindən -  Yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyində və R.Məmmədbəyovun xatirəsinə həsr olunmuş turnirdə I yeri tutaraq  hər iki yarışda “Qızıl”medal Nuriyev Zaur Seyidəli  oğlu və sərbəst güləş üzrə gənclər arasında Xorvatiyanın Zaqreb şəhərində keçirilən Dünya birinciliyində və Polşanın Katovitsa şəhərində keşirilən Avropa birinciliyində III yeri tutaraq hər iki yarışda  “Bürünc” medal qazanmış Süleymanova Raqnetta Seyfulla qızı, eləcə də onların məşqçi-müəllimləri Federasinın Diplomu və xatirə hədiyyələri ilə təltif edilmişlər.
     Federasiyanın sədri Tofiq Quliyev sonda çıxış edərək ölkənin sosial-iqtisadiyyatı barədə məlumat verərək qeyd etdi ki, ölkə iqtisadiyyatında əldə edilmiş müsbət göstəricilər həmçinin əhalinin sosial-rifahı halının yüksəlməsi, orta əmək haqqının 440  manata çatması Sahə həmkarlar ittifaqının həyatında da müsbət dəyişikliklərə səbəb olmuş  və bu istiqamətdə işlərimiz davam etdiriləcəkdir.
     Tofiq Quliyev bir daha  üzv təşkilatlara və müvafiq şöbələrə tapşırdı ki, növbəti illərə bağlanacaq Sahə (Tarif) Sazişlərinin müddəalarının yerinə yetirilməsini nəzarətdə saxlasınlar və ən yaxın vaxtda həmin Saziələrin mətinlərinə daxil edilmək üçün öz təkliflərini versinlər.
     AHİK  sədrinin  müavini Vaqif Eyvazov məclisdə müzakirə edilən məsələlərin kənd təsərrüfatı işçilərinin sosial rifahının yüksədilməsi  və əmək hüquqlarının müdafiəsi baxımından böyük əhəmiyyət daşıdığını dedi.O həmçinin tədbir iştirakçılarına  AHİK sədri , millət vəkili Səttar Mehbalıyevin tövsiyə və məsləhətlərini də çatdırdı.
      - “Kənd-Qida-İş”Hİ Federasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə “İş yerlərində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik tələbləri” mövzusunda 25 dekabr 2014-cü ildə Salyan şəhərində növbəti zona seminarı keçirmişdir.
      Seminarda “Kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqı təşkilatının rolu” sahəsində  bilgilər verilmiş,   tədbir iştirakçılarına yeni normativ hüquqi aktlar və yeni çapdan çıxmış  əməyin mühafizəsinə dair kitablar təqdim edilmişdir.
      Federasiya mövzu ilə bağlı seminarların  keçirilməsini davam etdirəcəkdir
      Seminarın keçirildiyi ərəfədə  Federasiyanın məsul işçilərin Salyan və Biləsuvar rayonlarında Sahə həmkarlar ittifaqının xidmətində olan bir sıra müəssisə və təşkilatlarında əməyin mühafizəsi vəziyyəti ilə tanış olmuş,işçilərlə görüşdə onları maraqlandıran məsələlərin  həllində onlara yardımçı olmuşlar.Müəssisə rəhbərlərinə əməyin mühafizəsinə dair iradlarını bildirmiş və onların aradan qaldırılması üçün tövsiyyə xarakterli məsləhətlərini vermişlər.
      -   31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəliyliyi Günü münasibəti ilə Federasiya və onun üzv təşkilatlarında bir sıra tədbirlər həyata keçirilmişdir.





Çap et  Çap et