Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin noyabr ayının 1-dən 15-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

14.11.2014

   - Noyabrın 1-də  Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində sahə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə  açan nazir Heydər Əsədov  aqrar sektorda çalışanları  təbrik etdi, onlara gələcək işlərində uğurlar arzuladı.
Nazir kənd təsərrüfatı sahəsində ulu öndər Heydər Əliyevin başladığı islahatların uğurla həyata keçirilməsindən, Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından, əldə edilən uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.
    "Kənd-Qida-İş" Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev sahə işçilərini peşə bayramı münasibətilə təbrik etmiş,sonra  sahə işçilərinə AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin təbrikini oxumuşdur.
    - Sahə həmkarlar ittifaqı təcrübə mübadiləsi çərçivəsində “ Zəhmətkeşlərin sağlamlığının mühafizəsində kollektiv müqavilənin rolu, həmkarlar ittifaqları və zəhmətkeşlərin sağlamlığınını mühafizəsi” mövzusunda  “Europen Tobacco-Baku” ASC-də  maarifləndirici  tədbir keçirilmişdir.          
Tədbidə zəhmətkeşlərin hüquqlarının və mənafelərinin müdafiəsi üçün əsas vasitə olan  kollektiv müqavilənin rolundan, onun hazırlanması və bağlanması qaydalarından, məzmunu, icrası və icrasına nəzarət haqqında ətraflı məlumat verilmişdir. Əməyin ödənilməsi, işçilərin məşğulluğu, kadr hazırlığı və ixtisasların artırılması, kompensasiya və güzəştlər, işçilərin sağlamlığı, əməyin mühafizəsi  sahəsində görülən işləri dinləyicilrin diqqətinə çatdırılmışdır.
    Sonra “Europen Tobacco-Baku” ASC -nin HİK sədri Zaur Səfərov kollektiv müqavilədəki öhdəliklərə uyğun olaraq müəssisədə görülən işlərdən, işçilərin hüquqlarının qorunması və onlara göstərilən qayğıdan danışmışdır.
    Sonda iştirakçılar müəssisənin istehsal sexləri ilə tanış oldular.





Çap et  Çap et