«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin oktyabr ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.
31.10.2014
- Federasiya Sahə Hİ Quba rayon komitəsi ilə birgə “Alma Bayramı” münasibəti ilə keçirilən tədbirdə iştirak etmişdir. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən bayram 3-cü ildir ki, təşkil olunur. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan bayram tədbirində fəallıq göstərən Hİ üzvlərinin mükafatlandırılması həyata keçirilmişdir;
- “ Azərsun Holdinq Şirkətlər Qrupunun Tədris Mərkəzində Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Hİ Federasiyası ilə birgə “İşçilərlə əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı AR Əmək Məcəlləsinin tətbiqi və bu sahədə həmkarlar ittifaqının vəzifələri” mövzusunda seminar keçirilmişdir.
Giriş sözü ilə Tədris Mərkəzinin İnsan Resursları Direktorluğu nəzdində Əməliyyat Şöbəsinin müdiri Elnur Hüseynov açaraq iştirakçıları salamladı. Daha sonra Federasiyanın sədri Tofiq Quliyev ölkənin iqtisadi və kənd təsərrüfatının durumu barədə məruzə etdi. Qeyd etdi ki, Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü mövqedə durur.Bundan sora qanunvericiliyə edilmiş ən son dəyişiklikləri də diqqətə çatdırdı.
Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin sektor müdiri Xanım İskəndərova İşçilərlə əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı AR Əmək Məcəlləsinin tətbiqi movzusunda məruzəsi dinlənildi.
AHİK-in Hüquq şöbəsinin müdiri Leyla Acalova mövzu ətrafında çıxış edərək əmək müqaviləsinin bağlanması və ləğvi zamanı həmkarlar ittifaqının rolundan danışdı.
Tədbirin sonunda Holdinqin İnsan Resursları Şöbəsinin müdiri Əli Yüksel çıxış etdi. O, şirkətin yeni layihələrindən, mərkəzin tədris proqramından danışdı