Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin avqust ayının 15-dən 31-dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

01.09.2014

   - AHİK-in IV Qurultayının qərarlarının yerinə yetirilməsi çərçivəsində “Azərbaycanda həmkarlar ittifaqları hərəkatının bugünkü inkişafı  və problemləri, motivasiya işinin gücləndirilməsi perspektivləri” mövzusunda   Federasiyanın üzv təşkilatlarında  bir sıra tədbirlər keçirilmişdir:
      Sahə Hİ Yevlax, Beyləqan, Saatlı, Tovuz, Ağsu və Şamaxı və s. rayon komitələri tərəfindən təşkil edilmiş Dəyirmi masalarda rayon komitələrinin xidmətinə daxil olan ilk təşkilatların sədr və fəalları, rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə və müəssisələrin rəhbərləri iştirak etmişdir. Dəyirmi masada qeyd edilmişdir ki, Həmkarlar ittifaqlarına üzvlüyün motivasiyası mövzusu müasir həmkarlar ittifaqı hərəkatında aparıcı yerlərdən birini tutur. Artıq neçə on illərdir ki, dünyada, o cümlədən MDB ölkələrində həmkarlar ittifaqları üzvlərinin sayı azalmaqdadır. Bu meyl ötən asrin 90-cı illərində Azərbaycanda da özünü göstərmişdir.Kənd təsərrüfatında aparılan islahatlar, kolxoz və sovxozların ləğv edilməsi kənd təsərrüfatı işçiləri arasında  həmkarlar ittifaqı üzvlərinin sayının kəskin şəkildə aşağı düşməsinə səbəb olmişdur. Lakin, Respublikada siyası sabitlik bərqərar olduqdan sonra, sahibkarlığın inkişafı, kəndi-fermer təsərrüfatlarının, yeni emal sahələrinin yaradılması və nəhayət ölkənin inkişaf dövrünə qədəm qoyması həmkarlar ittifaqlarının  itirdikləri üzvlərin say tərkibinin və nüfuzunun bərpa olunmasına münbit şərait yaratmışdır. Dəyirmi masalar anket sorğusunun keçirilməsi ilə başa çatmışdır.
      Sahə Hİ Qax, Qazax, Bərdə, Ağdaş, Göyçay, Abşeron, Ağdam, Tərtər, Sabirabad və s. rayon komitələrində  keçirilmiş Seminarlarda   qeyd edilmişdir ki, həmkarlar ittifaqının fəalları  hər bir işdə fəal iştirak edir, onlar yalnız  fayda və müdafiə zəmanəti  almağa çalışmır, əksinə  tamamilə təmənnasız işləyirlər, faydanı yalnız onda tapırlar ki, onlar imkanları daxilində başqa  üzvlərə   kömək göstərir, düzlük, ədalət prinsipini üstün tuturlar, hər bir işçiyə əməli və hüquqi köməklik göstərərək, ölkə qanunvericiliyi çərçivəsində onların hüquqlarını müdafiə edirlər. Seminar iştirakşıları motivasiya işinin gücləndirilməsində təbliğatın və maarifləndirmə işlərinin  əsas amillərdən biri olduğunu qeyd etdilər. Seminarlar  anket sorğusunun keçirilməsi ilə başa çatmışdır;

     - “Azərsun Holdinq” Şirkətlər Qrupunun müəssisələrində, Aqrar Elm Mərkəzi,  Meliorasiya və Su Təsərrüfatı ASC,  Bakı Kartoqrafiya Fabriki,  Dövlət Aerogeodeziya Müəssisəsi və s. üzv təşkilatlarda Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə, isti yay günlərində işçilərin  və onların ailə üzvlərinin təbiətin  qoynunda mənalı istirahətləri  təşkil edilmiş, müxtəlif əyləncə və mədəni-kütləvi  tədbirlər keçirilmişdir;

    - Üzv təşkilatlardan Sahə Hİ Şəmkir və Kürdəmir rayon komitələrində vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması vəziyyəti öyrənilmiş və əməli köməklik göstərilmişdir;

    -  Sahə Hİ Sabirabad rayon komitəsində üzvlük haqların tutularaq aidiyyatı orqanlaraköçürülməsinə  dair  vəziyyət öyrənilmiş və müvafiq əməli köməklik göstərilmişdir.





Çap et  Çap et