Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin iyun ayının 15-dən 30 -dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

30.06.2014

     -  15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Sahə Hİ Bərdə, Qax, Masallı, Abşeron, Beyləqan və s. üzv təşkilatlarda bir sıra tədbirlər həyata keçirilmişdir;

     -  Bakı Əyləncə Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının məsul işçiləri, Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvləri, Nazirliyin müvafiq qurumlarının alim və mütəxəssisləri, aqrar sahədə xidmətlərinə görə prezident təqaüdünə layiq görülmüş əmək veteranlarının  iştirakı ilə Azərbaycan  Kənd Təsərrüfatı Muzeyinin 90 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev öncə kənd təsərrüfatı nazirliyinin rəhbərliyi adından Yubiley münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş və  Kənd Təsərrüfatı Muzeyinin aqrar sahənin inkişafında rolundan danışaraq qeyd etmişdir ki, yarandığı gündən maarifləndirmə və təbliğat işinə xüsusi fikir verən Muzey bu məqsədlə tez-tez sərgilər və mühazirələr təşkil edir. Muzey ardıcıl olaraq yenilənir və kənd təsərrüfatının müasir vəziyyətini əks etdirən yeni materiallarla zənginləşir. Hazirda Muzeyin 6 ekspozisiya zalı vardır və bu zallar dünya standartlarına uyğun səviyyədə, maketləşdirilmiş formada tərtib olunmuşdur.
Daha sonra Muzeyin 90 illik tarixini əks etdirən video film nümayiş etdirilmişdir.Federasiyanın sədri T.Quliyev çıxış edərək, yubiley münasibəti ilə Muzeyin kollektivini təbrik etdi və gələcək fəaliyyətində onlara uğurlar arzuladı;

      - Federasiyanın Tədbirlər Planına əsasən, "Narkomaniyaya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü" ilə əlaqədar “Azərsun Holdinq” Şirkətlər Qrupunun, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin müəssisə və təşkilatlarında " Əmək intizamı, narkomanlığa səbəb olan amillər və onun acı nəticələri" mövzusunda  maarifləndirmə tədbirləri keçirilmişdir;

     - Üzv təşkilatlardan Yevlax, Beyləqan, Ağdaş və s. rayon komitələrində, 26 iyun Silahli Qüvvələr Günü münasibəti ilə əsgər ailələrinin nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil edilmiş, onlara maddi və mənəvi dəstək göstərilmiş,  Gəncə Alimlər Evinin özfəaliyyət musiqi dəstələri “N” saylı Hərbi Hissələrə baş çəkərək əsgərlər qarşısında maraqlı proqlamlarla çıxış etmişlər.





Çap et  Çap et