Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin iyun ayının 1-dən 15 -dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

17.06.2014

   -   Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ilə birgə 5 iyun “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı münasibəti ilə tədbirlər həyata keçirilmişdir.
    Tədbir əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələrinin qoyulması ilə başlandı, sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət etdilər.
    Bakı Biznes Mərkəzində Peşə bayramına həsr edilmiş  “HeydərƏliyev Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişaf konsepsiyasının müəllifi və yaradıcısıdır” mövzusunda Elmi-praktiki  Konfrans keçirilmişdir.
    Əvvəlcə Azərbaycanın meliorasiya və su təsərrüfatı kompleksinin tarixi və inkişafına həsr edilmiş video-film nümayiş etdirilmişdir.
Eimi-praktiki konfransı giriş sözü ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə açaraq, qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin 1996-cı il iyunun 5-də imzaladığı “Meliorasiya və irriqasiya haqqında” Qanun,  peşə bayramı gününün təsis olunması üçün əsas götürülmüş və Prezident İlham Əliyevin müvafiq  Sərəncamı ilə  meliorasiya  və su təsərrüfatı işçiləri  2007-ci ildən başlayaraq öz peşə bayramlarını qeyd edirlər. Respublikada melioirasiya və irriqasiya işləri keçən əsrin əvvəllərindən başlansa da, onun əsaslı inkişafına ümummilli lider Heydər Əliyevin  rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunmuşdur. Hazırda ölkədə geniş suvarma sistemlərinə, kollektor-drenaj şəbəkələrinə, nasos stansiyalarına, su anbarlarından ibarət güclü istehsalat bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşdırılmış meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir.
Konfransda daha sonra “Heydər Əliyevin kursunun uğurla davam etdirilməsi Azərbaycanın meliorasiya və su təsərrüfatının dinamik inkişafının təminatçısıdır”, “İqlim dəyişiklikləri şəraitində su ehtiyatlarından səmərəli istifadə edilməsinin rolu”, “Azərbaycan 2020: gələcəyə baxış Konsepsiyası”, “Azərbaycan meliorasiya elmi XX-XXI əsrlərdə” və s. mövzularda məruzələr dinlənilmişdir.
    Konfrasda çıxış edən AR Prezidenti Administrasiyasının aqrar siyasət şöbəsinin müdiri Azər Əmiraslanov su təsərrüfatı və meliorasiya sistemində səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə bir qrup əməkdaşın təltif edildiyini bildirmiş və qeyd etmişdir ki, dövlət başçısının rəhbərliyi ilə su təsərrüfatı və meliorasiya üzrə həyata keçirilən irimiqyaslı layihələr bu sahənin inkişafına dair uzunmüddətli strategiyanın tərkib hissəsidir.
Konfransda Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev çıxış edərək,  AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyevin Təbrik məktunu iştirakçıların diqqətinə çatdırdı. Daha sonra Federasiya tərəfindən su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə  bir qrup əməkdaşın təltif edildiyini bildirərək,  sahə zəhmətkeşlərini bir daha təbrik etdi və işlərində yeni-yeni uğurlar arzuladı.
     Sonda Elmi-praktiki  Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu;

    -  Federasiya üzrə yeni müəssisələrdə həmkarlar ittifaqı təşkilatı yaradılması istiqamətində işlər dəvam edir. Aparılan  danışıqların nəticəsində Xocavənd Suvarma Sistemləri İdarəsinin həmkarlar ittifaqı təşkilatı yaradılmışdır;

   -  Federasiyanın Tədbirlər Planına uyğun olaraq,  “15 iyun  Milli Qurtuluş Günü” münasibəti ilə Federasiyada, həmçinin üzv təşkilatlardan “Azərsun Holdinq” Şirkətlər Qrupunun müəssisələrində, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Aqrar Elm Mərkəzi, Dövlət  Torpaq  və   Xəritəçəkmə   Komitəsi   və s. təşkilatlarda, eləcə də   Sahə Hİ Abşeron, Beyləqan, Bərdə, Yevlax, Salyan, Qax, rayon komitələrində və  “Gəncə Alimlər Evi”ndə   bir sıra tədbirlər, elmi-praktik konfranslar keçirilmişdir.





Çap et  Çap et