Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin aprel ayının 15-dən 30 -dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

01.05.2014

-    Ümumdünya əməyin mühafizəsi günü ilə əlaqədar "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" respublika müsabiqəsinin yekunlarına həsr edilən tədbir keçirilmişdir. Həmin tədbirdə Federasiyanın xidmətində olan Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Göygöl Baytarlıq İdarəsi və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitkilərin Karantin Ekspertizası Laboratoriyası qalib elan olunmuşdur. Qalib olan təşkilatlar diplom  və qiymətli hədiyyələrlə təltif olunmuşdur;

-    Federasiya üzrə yeni müəssələrdə həmkarlar  ittifaqı təşkilatı yaradılması istiqamətində  işlər davam  edir.  Aparılan  uzunmüddətli   danışıqların  nəticəsində “Subartezian Quyularının Serviz Xidməti İdarəsi”nin həmkarlar ittifaqı təşkilatı  yaradılmışdır;

-    “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası tərəfindən Ümummilli lider Heydər  Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir.Federasiya və onun üzv təşkilatlarında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə  həsr edilmiş müxtəlif tematik tədbirlər,   dəyirmi masalar təşkil edilmişdir.
    “Azərsun Holdinq” Şirkətlər Qrupunun Mədəniyyət Mərkəzində  isə   ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş foto-sərgi və video çarx nümayiş etdirilmiş və bu tədbirlər may ayının 10-dək davam etdiriləcəkdir.
     “Gəncə Alimlər Evi”ndə   Elmi-praktik Konfrans təşkil edilmişdir. Tədbirdə ulu öndərin ölkədə aparılan quruculuq işləri, ölkə iqtisadiyyatının inkişafı sahəsindəki misilsiz xidmətlərinə dair məruzələr dinlənilmiş, müasir Azərbaycanın memarı kimi xoş xatirəsi böyük ehtiramla yad edilmişdir. Daha sonra  konsert proqramları təşkil edilmiş və bu tədbirlərin ulu öndərin ad gününədək davam etdirilməsi nəzərdə tutulmuşdur.
      Yevlax rayon rəhbərliyinin təşəbbüsü ilə keçirilən tədbirlərdə Sahə həmkarlar ittifaqının Yevlax rayon komitəsi və ilk təşkilatları fəallıq nümayiş etdirmiş, rayon ərazisində keçirilən iməcilikdə yaxından iştirak edərək, rayonun abadlaşdırılmasına öz töhfələni vermişlər.   
     Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Meliorasiya və Su Təsərrüfatı ASC , “European Tobacco-Baku” ASC və s. idarə və müəssisələrin həmkarlar ittifaqı komitələrində, Sahə Hİ Abşeron, Qax, Bərdə, Salyan, Qəbələ,  Beyləqan və s. rayon komitələrində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə, aqrar sahənin inkişafına göstərdiyi qayğıya və dəstəyə həsr edilmiş anım tədbirləri keçirilmişdir.





Çap et  Çap et