Azərbaycan Kənd Təsərrüfatı Və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası

Xəbərlər

«Kənd-Qida-İş» Hİ Federasiyası üzrə cari ilin mart ayının 15-dən 31 -dək aşağıdakı tədbirlər həyata keçirilmişdir.

01.04.2014



-     "Novruz" Bayramı münasibəti ilə üzv təşkilatlarda bir sıra tədbirlər keçirilmişdir. Sahə Hİ Bərdə, Qax, Qazax, Beyləqan, Yevlax, Tərtər, Ağdam və s. rayon komitələri xidmətlərinə daxil olan ilk təşkilatlarla birlikdə bayram nünasibəti ilə,  hərbi hissələrə baş çəkmiş, vətənimizin keşiyində duran əsgərlərimizə geyim, gündəlik istifadə ləvazimatları və  bayram sovqatları təqdim etmişlər;

-    Federasiyanın  "Məhsul" KKİC ilə  birgə keçirdiyi  "Kənd İdmançıları- Vətənin müfafiəsinə hazır olun! MH kompleksi üzrə Respublika yarışlarına yekun vurulmuşdur;

-    31 Mart soyqırım günü  münasibəti ilə, Sahə Hİ-nın üzv təşkilatlarında   anım mərasimləri keçirilmişdir. Sahə Hİ Quba rayon komitəsi xidmətinə daxil olan ilk təşkilatların fəalları ilə birgə Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir;

-    Federasiyanın nümayəndələri vətəndaşların qəbulu, onlardan daxil olmuş ərizə və şikayətlərə vaxtlı-vaxtında baxılması vəziyyətinin araşdirilması və bu sahədə əməli köməklik göstərilməsi məqsədi ilə Sahə Hİ Beyləqan rayonuna ezam edilmişlər.





Çap et  Çap et